Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sabiq icra başçısı uşaq bağçalarını BELƏ "SOYUB": müdirlər qaimələrə qol çəkiblər, amma...


Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

Natiq Əliyevin sədirliyi ilə keçirilən proses 3 saata yaxın davam edib.

Məhkəmədə vaxtı ilə icra hakimiyyətlərin tabeliyində olan uşaq bağçalarındakı qanunsuz əməllər ifşa olunub. Şəmkirdə uşaq bağçalarına ayrılan pulların necə silinməsi üzrə ifadələr verilib. Bəlli olub ki, Şəmkirdə uşaq bağçalarına ərzaq və digər vaistələri ancaq Azər Kərimov adlı şəxsə məxsus “21-ci əsr” şirkəti satıb. Bir çox hallarda isə bağça müdirləri Alimpaşa Məmmədovun göstərişi ilə almadıqları invertar, qida və yucu vaistələrin qaimələrinə qol çəkiblər. Sonradan isə qaimədə göstərilənlər çatdırılmayıb.

Bənzər faktlar daha çox Şəmkir rayonunun özündə baş verib. Sözügedən prosesdə hazırda rayonda icra nümayəndəsi işləyən Pərviz İbrahimov adlı şəxs xüsusi fəallığı ilə seçilib. Adıçəkilən şəxs bağça müdirlərindən pul yığmaqla məktəbəqədər tərbiyyə müəssisələrinin qazlaşdırılması işlərinə də cəlb edilib. Belə ki, Alimpaşa Məmmədov Pərviz İbrahimova məktəbəqədər tərbiyyə müəssisələrinin qazlaşdırılmasını tapşırıb. Nəticədə bağça müdirlərindən müxtəlif məbləğlərdə vəsaitlər yığılıb. Vaxtı ilə bağca müdirəsi işləmiş Gülçin adlı qadından 5 min manat alınıb. Lakin bir müddət sonra işdən çıxarılıb. Pərviz İbrahimov hakimə sadalanan faktlarla bağlı göstrərişləri Alimpaşa Məmmədovdan aldğını deyib. Sabiq icra başçısı da faktı təsdiq edib. Bundan əlavə icra nümayəndələrinə ancaq Azər Kərimova məxsus şirkətdən bağçalara lazım olan təlabat mallarının alması göstərişi də olub. Bağçalarda yoxlamalar isə sadəcə formal xarakteri daşıyıb. Odun yanacağı ilə qızdırılan 6 saylı bağçaya odun tədarükü üçün 1587 manat vəsait ayrılıb. Amma pullar silinib.

Diqqət çəkən məmaqlardan biri də uşaq bağçalarına işçilərin götürülməsi ilə bağlıdır. Belə ki, bəzi məktəbə qədər tərbiyyə müəssisələrində gözətçi kimi qadınların adı yazılıb. Həmin şəxslərin işə götürülməsi üçün isə tapşırıqlar İcra Hakimiyyətindən gəlib.

Növbəti məhkəmə prosesi fevralın yeddisi keçiriləcək

Publika.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10