Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda polislə balıqçılar arasında İNSİDENT - Yaralılar var?


Lənkəranın Nərimanabad qəsəbəsində polislə balıqçılar arasında insident yaşanıb.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Paylaşımda o da iddia olunub ki, insident zamanı 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, tərəflar arasında münaqişə nəticəsində xəsarət olması ilə bağlı iddialar əsassızdır:

"Qızılağac Milli Parkında qanunsuz ovçuluqla bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları ərazidə ovçuluqla bağlı müəyyən olunan qayda və tələblər diqqətə çatdırılmaqla izahat işi aparıb. Hazırda park inzibatçılarından daxil olan müraciət üzrə ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir"./lent az 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10