Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Köhnə məktəb 2 ayda necə abad oldu, yaxud digər məktəblərdən 16 şagird niyə həmin məktəbə qayıtdı?


Haqqında bəhs edəcəyim, qısa müddətdə xarabalıqdan abad məktəbə çevrilən təhsil ocağı sizcə harada olsa yaxşıdır? Masallı şəhərinin mərkəzində, rayonun çox zəngin sahibkarlarının, eləcə də Təzə Bazarın yerləşdiyi Seybətin adlanan ərazidə, hazırda rəsmi adı . Rəsmi adı Ramiz Cəfərov adına şəhər 6 saylı tam orta məktəb, el arasında Seybətin məktəbi adlanan bu təhsil ocağı 1946-ci ildə bir neçə sinifli ibtidai məktəb kimi fəaliyyətə başlalamışdır.  19 70-ci illərdə 8 illik, 1990-cı illərdə isə tam orta məktəbə çevrilən Seybətin tam orta məktəbi son illər elə bərbad günə qalmışdı ki, bəziləri buranı fermaya bənzədirdi. Təhsillə bağlı elə tədbir olmurdu ki, bu məktəbin pis gündə olmasından bəhs edilməsin. Əslinə qalanda məktəbin çölü necə idisə, içindəki tədris də o gündə idi. Bu məktəbdəki saxtakarlıqlar günbəgün yüksələn xətlə gedir, hətta hüquq mühafizə orqanlarına şikayətlərin ardı-arası kəsilmirdi.

2022-ci il, iyun ayının 16-da bu məktəbin rəhbərliyi, elə bu məktəbdə çalışan, bu ərazinin sakini gənc bir xanım Lətafət Zeynalovaya həvalə edildi.

Gənc direktor əvəzinin ilk işi, təyinatın səhəri günü, iyun ayının 17-də kənd ağsaqqalları və ziyalıları ilə görüşmək oldu. Qərar sadə idi – heç kimdən kömək gözləmədən, əl-ələ verib təcili məktəbin təmirinə başlamaq.

Sanki bütün kənd bu çağırışa bənd imiş. Qocalı cavanlı, qadınlı kişili, uşaqlı böyüklü, məmuru da, iş adamı da bu xeyirxah işə qoşuldu. Qısa müddətdə ucuq-sökük, tavanından döşəməsinə qədər pis vəziyyətdə olan, elektrik xətləri bərbad, istilik sistemi olmayan sinif otaqları təmir olunmağa başladı. Bu ərazidə yaşayan bütün sahibkarlar, məmurlar onlara dəstək oldu. Biri sement verdi, digəri metlax, başqası pul-para kömək etdi. Bu ərazidə fəaliyyət göstər Kərpic zavodunun rəhbəri Fəxrəddin Bağışov, millət vəkili Məşhur Məmmədov da köməklərini əsirgəmədi, 15 sinif otağı, 5 yardımçı otaq, stadion yüksək səviyyədə təmir olundu. 

Lənkəran-Astara Regional Təhsil idarəsi də bu xeyirxah işə biganə qalmadı. Şəxsən idarənin rəhbəri Elxan Nəcəfov bu təşəbbüsü ürəkdən alqışladı və dəstək verdi. Onun səyi ilə məktəbə qaz xətti çəkildi, kombi sistemi quruldu, digər işlərə də yardım olundu.

Bəli, cəmi 2 ay yarıma, yəni, iyunun 16-dan dərs ilinin başlanğıcına, sentyabra kimi məktəb təmir olundu, görkəmini tamam dəyişdi.

Deyilən məlumatlara şərh vermək istəməsək də, məşhur deyimi xatırlatmaq istəyirik – Qaranlığı Söyməkdənsə, bir Şam yandır, ətrafı işıqlandır.

6 saylı şəhər tam orta məktəbinin gənc xanım direktor əvəzi Lətafət Zeynalova bu uğura imza atdı. Təşəbbüskarlığı ilə bütün kəndi ayağa qaldıran Lətafət xanım bu işdə dəstək olanlara nə qədər minnətdardırsa, kənd sakinləri, müəllim və şagird kollektivi də bu əzmkarlığına görə, xaraba məktəbi qısa müddətdə abadlaşdırdığına görə ona minnətdardır.

Hazırda onun təşəbbüsü ilə məktəbin tarixi ilə bağlı elektron salnamə hazırlanır.

Məktəbin əsaslı təmiri nəticəsində yaranmış əlverişli şərait, rahat və isti sinif otaqlarının olması, məktəbdə şagirdlərin bilavasitə davamiyyətinə müsbət təsir göstərmişdir. Məktəbin 2 şagirdi Respublika Fənn Olimpiadasında fərqlənərək ikinci mərhələdə iştirak etmək hüququ qazanmışdır. Təhsildə nailiyyətləri artırmaq üçün vaxtaşırı monitorinqlər və sınaq  imtahanları keçirilir. Hədəfləri gələcəkdə olimpiadalarda daha böyük uğur qazanmaqdır. 

Direktor əvəzi Lətafət xanım xüsusi ilə vurğuladı ki, əvvəllər şəraitsizlikdən ərazidəki uşaqlar qonşu məktəblərə qaçırdısa, bu il digər məktəblərdəki 16 şagird həmin məktəblərdən geri qayıtdı.

 Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10