Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Fahişələr Davosa toplaşır: Bir saatlıq intim xidmətə görə 700, bütün gecə üçün 2300 avro


"Forum iştirakçılarına nisbətən, fahişələr daha ləyaqətli üsulla dolanır..."
 
"2020-ci il Davos sammitinə ən azı 100 fahişə gəlib..."
 
"Fahişələr yüksək vəzifəli bosların öz əməkdaşları ilə 5 günlük sammit zamanı qalacaqları otellərdə nömrə tutub..."
 
"Liana bir neçə ildir ki, İsveç forumunda bir amerikalı ilə görüşür. O, bir saatlıq intim xidmətlərə görə 700 avro, bütün gecə üçün nəqliyyat xərcləri də daxil olmaqla 2300 avro götürür..."
 
İqtisadi sammit zamanı intim xidmətlərə tələbat göylərə qalxır
 
Davosdakı elit sammit daha çox gəlirlərə diqqət yetirilməsi və sadə insanların tələbatlarının görməzdən gəlməsinə görə tez-tez tənqidə məruz qalır. Bu zaman seks xidmətlərinə tələbat ildən-ilə artır.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşri yazıb.
 
Nəşrin oxucuları hesab edir ki, forum iştirakçılarına nisbətən, fahişələr daha ləyaqətli üsulla dolanır. Dünya elitası ciddi dünya problemlərini, o cümlədən cinslər arasında bərabərsizlik problemini həll edir. Lakin Davosdakı sammitlər hər zaman fahişəliyin oyanması ilə nəticələnir.
 
Bütün dünyadan İsveçin kurort şəhərinə gələn dünya liderləri və biznes maqnatlarının hər sammitində seks xidmətlərinə tələbat artır. 
Bu zaman fahişələr yüksək vəzifəli bossların öz əməkdaşları ilə birgə yanvarın 16-da start götürmüş 5 günlük sammit zamanı qalacaqları otellərdə nömrə tutub. 
 
Liana adlı seks işçilərindən biri məlumat verir ki, o, işgüzar kostyum geyinir ki, rəhbərlər arasında seçilməsin, hərçənd, İsveçrədə fahişəlik tamamilə leqaldır.
 
O, "Bild" jurnalına danışıb ki, müntəzəm olaraq ildə bir neçə dəfə İsveçrəyə gələn və 2700 nəfər konfrans iştirakçıları arasında olan bir amerikalı ilə görüşür. Liana bir saatlıq xidmətlərə görə 700 avro, bütün gecə üçün, nəqliyyat xərcləri də daxil olmaqla, 2300 avro götürür.
 
Kurortdan 160 km aralıda yerləşən Aarqao kantonundan eskort xidmətlərdən birinin meneceri məlumat verir ki, artıq 11 sifariş və 25 sorğu alıb. Və bu həftə bunların sayının artacağını gözləyir. O, "20 dəqiqə" proqramına müsahibəsində deyib k, bəziləri özləri və köməkçiləri üçün birbaşa nömrəyə sifariş verir. 
 
Seks işçisi və yazıçı Salomeya Baltus "Tvitter" səhifəsində yazır: "Səni İsveçrədə forum zamanı sifariş verəndə, əvvəlcə gecə saat 2-də mehmanxana dəhlizində tapançaların lüləsinə baxmalısan, sonra mühafizə ilə restoranda bağışlanılan konfetləri bölüşməlisən və varlılar haqqında qeybət etməlisən".
 
36 yaşlı Baltus Davos yaxınlığında bütün sammit müddətində oteldə qalır. Lakin özünün nüfuzlu müştərilərinin adlarını çəkməkdən imtina edir: "İnanın mənə, məhkəmə çəkişmələri heç kimə lazım deyil". 
 
İsveçrə polislərindən birinin sözlərinə görə, 2020-ci il Davosdakı sammitə ən azı 100 fahişə gəlib. Forumun rəsmi sürücülərindən biri məlumat verib ki, sərnişini olan bir seks işçisi olan qadın iddia edib ki, onun "rəisi" nümayəndələr üçün mehmanxanada yaşlı bir müştəri ilə gecələməyə məcbur edib. 
 
Budəfəki forumun gündəliyində Ukraynadakı münaqişə, inflyasiyasının qlobal templəri, iqlim dəyişikliyi və bərabərsizlik məsələləri dayanır. Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilk dəfə olaraq foruma müraciətlə çıxış edəcək. 
Son 2 ildə bu tədbir koronavirus pandemiyası səbəbindən keçirilməyib. Lakin ötən il yaz forumu baş tutub. Dünən gender bərabərsizliyi, reindustrializasiya, ekoloji keçid, vərəmin kökünün kəsilməsi, ərzaq məhsulları, su və enerji təhlükəsizliyi kimi müxtəlif məsələlərə onlarla iclas həsr edilib. 
 
Forumda aktyor İdris Elba iştirak edəcək. Çıxış edənlər arasında Avropa Komissiyasının sədri Ursula fon der Lyayyen və Çin baş nazirin müavini Lyu Xe də olacaq. 
 
Təxminən 600 nəfər icra hakimiyyətinin yüksək vəzifəli nümayəndələrinin və 50-dən çox dövlət və hökumıt başçılarının iştirakl gözlənilir.
 
Elit sammit çox vaxt gerçəklikdən uzaq düşməsi, əsas diqqəti gəlirlərə yönəltməsi və sadə insanların və bütün planetin təlabatlarını görməzdən gəlməsinə görə tənqidə məruz qalır. Bütün həftəni tənqidçilər və fəallar Davosun konfrans mərkəzinin yanında toplaşıb siyasətçilər və biznes liderlərini məsuliyyətə cəlb etməyə cəhd göstərəcək.
 
"Qrinpis" təşkilatı hakim dairələrin bu tədbirə şəxsi təyyarələri ilə gəlməsini həmçinin tənqid edib və bunu forumun ekoloji yönümü fonunda riyakarlıq adlandırıb. 
 
Təşkilat qeyd edir ki, may ayında keçirilən iclasda Davos hava limanlarına mindən çox şəxsi təyyarə enib. Forumun prezidenti Borqe Brende bazar günü etiraf edib ki, bəzi hökumət başçıları və şirkət rəhbərləri tədbirə özəl reyslərlə gəlir. Düşünürəm ki, "yaşıl gündəlik" üzrə yolu müəyyən edib irəliyə doğru hərəkət etmək daha vacibdir", - o vurğulayıb./moderator 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10