Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı şəhər 1 saylı tam orta məktəbinə 4-cü dəfə direktor əvəzi təyin edildi



Mirqabil Hüseynovun  40 illik direktorluğundan sonra Masallı Şəhər 1 saylı tam orta məktəbinə daimi direktor tapılmır. Belə ki, M. Hüseynovun fəaliyyətinin ciddi yoxlanmasından sonra həmin məktəbin  direktorluğundan “öz ərizəsi” ilə  çıxdıqdan sonra həmin məktəbə rəhbərlik M. Hüseynovun yaxın qohumu M. Hüseynovaya həvalə edildi. Yoxlamaların sonrakı davamından sonra isə M. Hüseynova da vəzifəsi ilə vidalaşdı. Növbəti direktor əvəzi vəzifəsi Masallı Təhsil Şöbəsinin metodisti Vəli  Ağayevə  həvalə edildi. 2021-ci ilin sonlarında isə 3-cü direktor əvəzi vəzifəsi Şəhid anası, həmin məktəbdə müəllim işləyən Mehriban Sultanovaya tapşırıldı. Nəhayət, bu il yanvarın 17-də Mehriban xanım da bu vəzifəyə əlvida dedi və həmin vəzifə Masallı Təhsil sektorunun müdir müavini Samit Nuriyevə həvalə edildi.

Maraqlıdır ki, Mehriban müəllimin vəzifəsi ilə vidalaşması Masallı Şəhər 1 saylı tam orta məktəbində dünən, yanvarın 16-da baş verən hadisə ilə təxminən eyni vaxta düşüb. (Digər məlumata görə hadisə baş verməmişdən 18 gün öncə Mehriban müəllimin direktor əvəzi kimi təhsil sektoru ilə bağladığı müqaviləsi başa çatıb).

Həmin məktəbin 9-cu sinif şagidinin intihara cəhdi ilə bağlı ziddiyyətli məlumatlar isə hələ də araşdırılır. Son məlumata görə o, məktəb binasının 2-ci yox, 3-cü mərtəbəsindən yıxılıb. (Bir çox mənbələrə görə özünü oradan atıb). O, yıxılarkən ağaca ilişib və buna görə xəsarətləri yüngül olub. Öncə həmin şagird Masallı Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra Masallı Bioloji Təbabət Klinikasına aparılıb və bir neçə saatdan sonra yenidən Mərkəzi Xəstəxanaya gətirilib. Hazırda

həmin şagirdin, Mehtiyeva Firuzə Mehti qızının intihara cəhdi ilə müxtəlif səbəblər göstərilir. Bir versiyaya görə, o pəncərədən yıxılıb. Digər məlumata görə isə, o, məktəb yoldaşı ilə mübahisə edib. Buna görə rəhbərlik onu danlayıb və valideynlərini məktəbə çağıracağı ilə hədələyib. Digər versiyalar da var.

Daha bir məlumatı diqqətinizə çatdırırıq ki, Boradigah qəsəbə 2 saylı tam orta məktəbinin direktoru Nurməmməd Ağayev də yaş həddinə görə vəzifəsindən azad edilib. Həmin post isə Masallı təhsil sektorunun metodisti Əkbər Mahmudova həvalə edilib. Yaxın günlərdə isə həmin məktəbə qonşu məktəblərin birində müəllim işləyən şəxsin direktor müavini də təyin ediləcəyi gözlənilir. Həmçinin yaxın günlərdə T. Alvadı 1 saylı, Hişkədərə, Ərkivan 4 saylı, Çaxırlı, Şərəfə, Şıxlar 1 saylı və sair məktəblərə də direktor müavinləri təyin olunacaq. Bundan əlavə daha 10-a yaxın məktəbdə direktor müavini vəzifəsi boşdur.

Cenub.az. Zahir Əmənov

 
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10