Masallı şəhər 1 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi özünü məktəbin 3-cu mərtəbəsindən atıb. Həmin qız -Mehtiyeva Firuzə Mehti qızının bu əməli etməsinə səbəb kimi müəllimin onun danlaması olduğu ehtimal olunur. Həmin şagird Masallı Mərkəzi xəstəxanasına aparılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir. Hadisə 16 yanvar 2023-cü ildə, saat 13 radələrində baş verib. Masallı təhsil şöbəsi faktı təsdiq edib. Xəbəri öncə Qafqazinfo.az yayıb. Cenub.az. Zahir Əmənov.