Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Popun “Çılpaq kraliçası” - Hər həftə sevgilisini dəyişdi


Göz önündə” rubrikasının bu dəfəki hədəfi pop kraliçası Hande Yenerdir.

Bu gün 50 yaşı tamam olsa da, gənclərdən daha böyük enerji və həvəslə yazıb yaradır. Eyni zamanda az qala hər həftə dəyişdiyi gənc sevgililəri ilə gündəmə gəlir.

Əsl adı Makbule Hande Özyener olan bu xanım 1973-cü il yanvarın 12-də İstanbulda doğulub. 1990-cı ildə orta məktəbi bitirən kimi evlənib və bu evlilikdən bir oğlu dünyaya gəlib. Lakin evlilik uzun sürməyib. Xanımının azad və asi xarakterini sevməyən əri ondan qaçıb. Hande oğlunu böyüdə bilmək üçün geyim mağazalarından birində işləməyə başlayıb.

Bir gün mağazaya gələn məşhur müğənni və aktrisa Hülya Avşar rəflərin arxasında mahnı oxuyan qızın səsini bəyənir və müğənni kimi uğurlu ola biləcəyini söyləyir. Hülya Avşar Handeni  müğənni Sezen Aksu ilə tanış edir. Hande 2 il Sezenin ansamblında vokalist kimi fəaliyyət göstərir. Tezliklə sərbəst musiqi fəaliyyətinə başlayan Hande səhnələrə yeni nəfəs, yeni ab-hava gətirir.

Tez-tez imic dəyişdirməsi, buraxdığı hər yeni mahnısının milyonlarla izlənmə toplaması onu daim diqqət mərkəzində saxlayırdı. Türkiyədə Səhnəyə cəsarətlə ilk dəfə bodidə çıxan müğənni Hande Yener oldu, ondan sonra Gülşən, Ajda Pekkan da bodi ilə tamaşaçı qarşısına çıxdılar. Bodi ilə səhnəyə çıxdığına görə, ona bir müddət hətta “Çılpaq kraliça” ləqəbi də verilmişdi.

Hande Yener cəsarətli saç düzümləri, saç rəngləri ilə də diqqət çəkdi. Gah yaşıl, gah mavi, gah bənövşəyi, gah çılğın qırmızı  rəngli saçlarla səhnəyə çıxan, epotajlı geyimləri ilə heyrətləndirən müğənni hətta bir dəfə saçını boyatmaq üçün İsveçdən İstanbula bərbər də gətirmişdi. Bu saç boyası ona çox baha başa gəlsə də, bahalı bərbər onun saçlarını sadə şabalıd rənginə boyamışdı. Yeri gəlmişkən İranda Mahsa Amininin ölümüylə başlayan etiraz aksiyalarına dəstək olaraq, Hande səhnədə öz gözəl saçlarını kəsmişdi.

Hande Yener Türkiyədə elektron musiqi axımının əsasını qoyan müğənnidir. 2000-ci ildə buraxdığı “Senden ibaret” albomuyla  disko pop, 2007-ci ildə isə “Romio” albomu ilə elektron musiqi axımının əsasını qoydu. Onun “Romio” mahnısı uzun müddət reytinq siyahılarında birinci yerdə dayandı.

2008-ci ildə Hande Yenerə “Gay ikonu” adı verildi. O bu adla fəxr etsə də, əsla eynicinsli münasibətlərə meyilli deyil. Sadəcə düşünür ki, insan nəyi arzu edirsə onu yaşamalıdır və eynicinsli münasibətlərə azadlıq verilməlidir. 

Hande Yenerin sevgililərinin sayı-hesabı bilinmir. Oğlunun 32 yaşı olsa da, o bəzən 22 yaşlı sevgilisi ilə də kameralar önünə çıxıb. Müğənninin oğlu Cağın Kulacoğlu DJ fəaliyyəti ilə məşğul olur və anasının bu münasibətlərinə sükutla yanaşır. Hande Yener bir dəfə müsahibə verərkən, belə demişdi:

“Oğlumun nə həddi var ki, qarışsın. Mən onun özəl həyatına qarışmıram. Ona həyat verməmişəm ki, qarşımda divar kimi dayansın demişdi. Gəncəm, gözələm, heç kimin həddi deyil ki, işimə qarışsın”. 

Çılğın müğənninin qarşısında ümumiyyətlə heç kim dayana bilmir.

Sevgililərinə gəlincə, onun “kişilər siyahısında” məşhur aktyor və müğənnilərdən Sinan Akçıl, iranlı repçi Mişa Mehdixan, gənc aktyor Ümid Şen (Ümid Şenlə hətta nişanlanmışdı və gənc müğənninin xeyli pulunu mənimsədikdən sonra yoxa çıxmışdı), popçu Ozan Ögüt, aktyor Kemal Doğulu, çoxlu sayda iş adamları, hətta ərəb şeyxləri də olub. Həyatını əbədi olaraq heç kimlə birləşdirmək istəməyən müğənni qısa müddətli münasibətlərə daha çox üstünlük verir. Bəzən münasibətləri 1 gün, bəzən bir həftə, bəzən bir ay çəkir. Yarızarafat, yarıciddi “dostların köhnəsi, sevgilinin təzəsi yaxşıdır, hər həftə yeni bir sevgilim olmasına adət etdim” deyir.

 

Hande və oğlu


Lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10