Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daha bir masallılı xanım alimlik zirvəsinə yüksəldi və bir daha Masallının qadın alimləri (siyahı)


Masallı rayonunun Masallı şəhərində anadan olmuş, əmək fəaliyyətinə fəhləlikdən başlamış, daha sonralar Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Bu gün,   12 yanvar 2023-ci ildə  Ali Attestasiya Komissiyasında Əzizova Almaz Əziz qızına Fəlsəfə üzrə Fəlsəfə doktoru diplomunu təqdim etmşdir. Təbrik edirik.

Cenub.az  bildirir ki, Masallılı alim qadınların sayı 30-dan artıqdır (alim gəlinlərimizlə birkə). Həm də maraqlıdır ki, onlardan 9-u tibb elmləri üzrə alimdir.

Alim həkimlərimizdən  hələlik ən yüksək zirvə fəth edən Masallı Rayonunun Ərkivan Qəsəbəsinin Miyondi məhəlləsində anadan olmuş, həm alim, həm şair kimi bir sıra mükafatlara layiq görülmüş iqtisad elmləri doktoru Əşrəfova Rəsmiyyə Sabir (Rəsmiyyə Sabir) qızıdır.

Bir neçə il öncə biz Masallıda.az saytında Masallıdan olan  alim qadınların siyahısınə dərc etmişdik. Sonralar bu alimlərin sayı bir qədər də genişləndi.

Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb həmin qadın alimlərin bir neçə il öncə Masallıda.az saytında dərc olunmuş siyahısını xırda əlavə və düzəlişlərlə sizə təqdim edirik.

(Unudulan olarsa, adlarını bizə bildirsəniz çox şad olarıq.)

 
Masallı şəhəri

Masallı şəhər 1 saylı tam orta məktəbi
 

 1. Sadıqova(Mövsümova) Təranə Fərahim qızı- biologiya üzrə fəlsəfə doktoru

Masallı şəhər 2 saylı tam orta məktəbi
 

 2. Məmmədova İradə Malik qızı- tarix üzrə fəlsəfə doktoru, 

3. . Məmmədli Sevinc Malik qızı- tibb üzrə fəlsəfə doktoru
 4. Əsədullayeva (Ağayeva) Firəngiz Hüseyn qızı- tibb üzrə fəlsəfə doktoru,
 5. Əzizova Almas Əziz qızı – Fəlsəfə üzrə fəlsəfə doktoru

Masallı şəhər 3 saylı tam orta məktəbi
 

 6. İsmayılova Mehriban Vahab - tibb üzrə fəlsəfə doktoru

 
Ərkivan qəsəbəsi-(məhəllələr üzrə)
 

Bədirli
 

 7. Bağırova Samirə Bağır qızı - iqtisad üzrə fəlsəfə doktoru, ABŞ-da çalışr
 8. Zahidova (Sadıqova) Nailə Məmmədhüseyn qızı – filologiya üzrə fəlsəfə doktoru

Ramazanlı
 

 9. Məmmədova Lalə Nadir qızı - filologiya üzrə fəlsəfə doktoru
 10. Əhmədova Zərövşən İlyas qızı - kimya üzrə fəlsəfə doktoru

Miyondi
 

 11. Əşrəfova (Abdullayeva)Rəsmiyyə Sabir qızı — iqtisad elmləri doktoru

Qızlakücə
 

 12. Səmədova Fəqanə Vaqif qızı — siyasət üzrə fəlsəfə doktoru, ABŞ-da çalışır.

Boradigah Qəsəbə  

 
13. Qarayeva Gülxanım İbrahim qızı - tarix üzrə fəlsəfə doktoru (Mollaoba)
 14. Axundova Elmira Hüseyn qızı- filologiya üzrə fəlsəfə doktoru (Mollaoba)

Hişkədərə
 

 15. Əliyeva Nəzakət Naib qızı - tibb üzrə fəlsəfə doktoru

Qızılavar
 

 16. Qurbanova Şəhla Müzəffər qızı - texnika üzrə fəlsəfə doktoru
 17. Həşimova Rahilə - tibb üzrə fəlsəfə doktoru
Şərəfə
 

 18. Seyfullayeva Nərminə Səftər qızı - coğrafiya üzrə fəlsəfə doktoru
 

Türkoba
 

 19. Kişiyeva Zöhrə Xalıq qızı - hüquq üzrə fəlsəfə doktoru

Viləş
 

 20. Əliyeva Fərqanə Səfər qızı - kimya üzrə fəlsəfə doktoru

Çaxırlı ərazi vahidi (Bala Təklə)
 

 21. Zümrüd Yağmur – filologiya üzrə fəlsəfə doktoru

Qarğalıq ərazi vahidi (Eminli)
 

 22. Şahbazova (Eminbəyli) Nazilə Şahbaz qızı - riyaziyyat üzrə fəlsəfə doktoru

Qızılağac ərazi vahidi
 

 23. Qurbanova Zöhrə Yusif qızı - tibb üzrə fəlsəfə doktoru

24. Məhərrəmova Zəhra Zəkəriyyə qızı - tibb üzrə fəlsəfə doktoru
 25. Babayeva Ruhəngiz Yunus qızı - biologiya üzrə fəlsəfə doktoru

Təzə Alvadı –( Əhmədli kəndi) 

26. Əzizəliyeva Bəsirə Höccət qızı – Filologiya üzrə fəlsəfə doktoru

Xıl

27. Məmmədova Günel Fizuli qızı - Kimya üzrə Fəlsəfə doktoru

28. Məmmədova Samirə Fizuli qızı - Tibb üzrə fəlsəfə doktoru

 (29, 30, 31) Həmçinin bəlli oldu ki, Masallı gəlini olan 3 alim qadın da var. 

Belə ki, onlardan biri  Əzizova Səidə tibb elmləri doktorudur. (Qızılavarlı alim Vəsadət Əzizovun həyat yoldaşı). Digəri isə ərkivanlı akademik Bağır Bağırovun ABŞ-da yaşayan, iqtisad elmləri üzrə fəlsəfə doktoru adını qazanmış  gəlini Bağırova Raifə xanımdır. Tibb elmləri üzrə fəlsəfə doktoru Billurə Evazovun mahmudavarlı, tibb elmləri doktoru Rəfail Eyvazovun həyat yoldaşıdır.

Hazırladı Zahir Əmənov (Cenub.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10