Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Telefon itdikdə içindəki məlumatları qorumağın yolları - FOTO


“Smartfon itirilərsə, SIM kartdakı parolun köməyi ilə şəxsi məlumatları qorumaq mümkündür”.

Bu barədə Rusiyada frod-insident hadisələrinin araşdırılması üzrə ekspert Boris Lopatin bildirib.

Onun sözlərinə görə, əgər SIM kart parolla qorunmursa, kənar şəxs telefon nömrəsiylə əlaqəli istənilən xidmətlərdən istifadə edə biləcək.

“Bunun qarşısını almaq üçün telefon parametrlərinə keçin və “SIM-PIN” seçin. SIM kartdakı parol ekran kilidi koduna uyğun gəlməməlidir”, - deyə Lopatin izah edib.

Mütəxəssis qeyd edib ki, hətta SIM kartda parol təyin edilməzdən əvvəl telefon itibsə də bloklamaq mümkündür. Bunun üçün ən yaxın xidmətə pasportla getmək lazımdır.

Lopatin smartfon dəstəkləyəcəyi təqdirdə rəqəmsal SIM kartdan istifadə etməyi məsləhət görüb.

“Çünki onu başqa cihaza quraşdırmaq üçün xüsusi QR kodu tələb olunur ki, bu da qadcetdən şəxsi məlumatları oğurlamağı xeyli çətinləşdirir”, - deyə mütəxəssis bildirib.




Mənbə: Gazeta.ru






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10