Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tesla göyərçinlərlə eşq yaşayırdı? - Araşdırma


Nikola Tesla – müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi işi ilə məşhurlaşan serb əsilli amerikalı mühəndis və fizik. Teslanın adına çoxlu patentlər var və o, dahi hesab olunur. Lakin bu dahinin bir çox insan tərəfindən qəribə hesab edilən ekssentrik tərəfləri də vardı.

Onun göyərçinlərə olan sevgisi də bu qəribəliklərdən biridir. Nyu-Yorkda yaşayarkən o, parkda göyərçinləri bəsləyərək saatlarla vaxt keçirir və yaralıları müalicə etmək üçün müntəzəm olaraq evinə aparırdı. O, tez-tez otel otağının pəncərələrini açıq saxlayırdı ki, göyərçinlər istədikləri vaxt ona baş çəkə bilsinlər. Nəticədə dəhşətli bir xaos yaranırdı. Hətta bir otel aşpazından göyərçin dostları üçün xüsusi toxum qarışığı hazırlamağı xahiş etmişdi. Teslanın tanışları onun göyərçinlərə olan həvəsini gördükdə təəccüblənmişdilər, çünki onun mikroblara qarşı fobiyası var idi.

Tesla heç vaxt evlənməmiş, lakin müntəzəm olaraq onu ziyarət edən bir ağ göyərçinlə eşq yaşadığını etiraf etmişdi.

“Mən o göyərçini kişinin qadını sevdiyi kimi sevdim, o da məni sevdi. Onunla eşq yaşayanda həyatımın bir mənası var idi”.

Teslanın subay həyat tərzi, ehtimal ki, münasibət qurmağın elmi araşdırmalarına mənfi təsir edəcəyinə olan inancından irəli gəlirdi. O, bir dəfə demişdi: “Evli kişilərin etdiyi ixtiralar elə də çox deyil”.

Tesla 1922-ci ildə sevgili olduğu ağ göyərçinin ölümünü belə xatırlayır: quş öz ölümünü xəbər vermək üçün Teslanın otağına gəlir. Onun gözləri həddindən artıq ağ işıq saçırmış və bu ağ işıq getdikcə sönürmüş. Teslanın dediyinə görə, bu parlaqlıq onun indiyə qədər elektriklə istehsal etdiyi hər şeydən daha parlaq imiş. Quşun ölümündən sonra ürəyinin parça-parça olduğunu qohumlarına deyən Tesla həmin vaxtdan həyatının mənasızlaşdığını anlayıb.

Göyərçinlər Teslanın qəribəliklərindən yalnız biri idi. Onun 3 rəqəmi ilə bağlılığı vardı və bu vəsvəsə gündəlik həyatına təsir edən bir sıra davranışları da gətirmişdi. Məsələn, 3 dəfə dalbadal əllərini yuyar və içəri girməzdən əvvəl binaların ətrafında 3 dövrə qaçardı. O, mirvariləri də xoşlamır və mirvari taxan qadınlarla danışmaqdan imtina edirdi.

Bu davranışların səbəbi sirr olaraq qalsa da, bəzilərinə görə sarışan hallar nevrozunun əlamətləridir.

Mənbə: Britannica






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10