Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dekabrın 26-da Dövlət Vergi Xidmətinin Beyləqandakı 8 saylı Ərazi Vergilər İdarəsində xüsusi əməliyyat keçirib.
Əməliyyatla idarənin rəisi Zaur Adilov və Audit şöbəsinin rəisi Əjdər Əliyev saxlanılıb. Bununla yanaşı, idarədə məsələ ilə bağlı digər şəxslərin dindirilməsi həyata keçirilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Beyləqan şəhərində yerləşən bu idarə bir neçə rayonu əhatə edir./qafqazinfo
Nizam Rza