Cenub.az-a bir neçə mənbədən daxil olan məlumata görə Masallı Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Eşqin Əliyev bu gün, 26 dekabr 2022-ci ildə, təxminən 16.00 radələrində xəstəxanadakı iş otağında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bir qrup əməkdaşı tərəfindən saxlanılıb. Mənbə hətta onun qandallanaraq əvvəli AP ilə başlayan maşına mindirilib, eləcə də bir necə AP nömrə nişanı ilə başlayan maşınlar onları müşayiət edib.
Xatırladaq ki, Eşqin Əliyevin adı bundan əvvəl də pensiya məsələlərində kütləvi saxtakarlıqlarda hallanırdı.
Məsələni dəqiqləşdirmək üçün xəstəxananın direktoru İlqar Ramiz oğluna aramsız zənglər vursaq da, cavab olmadı.
Xatırladaq ki, bu xəstəxananın əvvəlki Baş həkimi Cəlil Nəzərov bir neçə il öncə, 22 yanvar 2021-ci ildə eyni qaydada həbs olunmuşdu və bu yaxınlarda azadlığa buraxıldı.
Görünür, “müqəddəs yerlər” boş qalmır.
Dəqiqləşdirmələrimiz davam edir.
Cenub.az. Zahir Əmənov