Yaxud icra başçısı əsas və aparıcı vakant yerlərə təyinata başladı
Bir neçə dəfə yazdığımız kimi, Masallıda bir neçə aydır ki, 1-ci müavin, bir neçə şöbə müdiri, eləcə də Şəhər üzrə və Yeddioymaq Ərazi Dairəsi üzrə nümayəndə və müavinlərinin yeri boşdur. Nəhayət, tilsim sınıb. Belə ki, Tofiq Əlihüseyn oğlu Hüseynov Masallı Rayon icra hakimiyyəti Başçısının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.
Tohid Hüseynov 20 dekabr 1982-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub.
2000-2004 ci illərdə Lənkəran Dövlət Universitetinin filologiya fakulətəsini (Fransız dili və ədəbiyyatı üzrə), daha sonra isə 2018-2021-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasında Regional idarəetmə üzrə maqistratura təhsili alıb.
2014-2015 ci illər Qızılavar Ərazi Nümayəndəsi, 2015-2016 ci illərdə İctimai siyasi və Humanitar məsələlər şöbəsində Baş Məsləhətçi vəzifələrində çalışıb.
Təbrik edirik.
Cenub.az. Zahir Əmənov