Görüş 23 dekabr 2022-ci ildə Masallıdakı İlqar Plaza Şadlıq Sarayında keçiriləcək. Tədbirdə 100-dən artıq qonağın iştirak edəcəyi gözlənilir.
Bu tədbir hansı uğurlara yol aça bilər? Bu tədbirdən kimlər daha çox faydalanacaq - qonaqlar, ya ev sahibləri ?
Keçmişə bir nəzər salsaq, belə tədbirlər əvvəllər də olub. Belə tədbirlərdən biri başa çatandan sonra rayon rəsmilərindən biri zarafatla dedi ki, bunları dəvət etməyimizə peşman olduq; hərə birinin xahişini edir, biri torpaq, başqa birisi yaxın qohumuna vəzifə, imtiyaz istəyir.
Budəfəki, tədbirin
isə güman edirik ki, digərlərindən fərqli olaraq rayonumuza daha çox fayda verəcək.
Bəs necə etmək olar ki, bu tədbir daha səmərəli olsun, rayonumuzun inkişafına daha çox fayda gətirsin?
Düşünürük, bu, o vaxt mümkün olar ki, hamı “saz” götürüb rəhbərliyi tərifləmək vərdişini, şablonları, traferetləri, on illər boyu “toyda” da, “yasda” da dediyi bayağı sözləri kənara qoyub, tam çılpaqlığ ilə ı, həqiqətləri desinlər, dəyərli və əsaslandırılmış təkliflər irəli sürsünlər.
Unutmayaq ki, tədbirə dəvət olunmuş masallılı tanınmışlar – sahibkarlar, alimlər, yüksək postlara sahiblənmiş məmurlar nə qədər uğurlara imza atsalar da, rayonun taleyüklü məsələlərində, hansısa icra başçısı, yaxud digər əsas post sahibləri Masallını çapıb-talayanda, rayonun dəyərli övladlarını həbsə atdıranda, əxlaqsız yuvalarını, narkotacirləri himayə edəndə susublar.
Yəqin ki, belə görüşlərdən sonra onlar daha ədalətli olacaq, Masallı adının daha da ucalması üçün sözdə yox, əməldə özünü göstərəcəklər.
Bir təklifim də var. (Yəqin ki, digər təkliflərim kimi, bəyənilib bir küncə atılmayacaq).
Təklifim odur ki, tədbirdə iştirakçılar rəy və təkliflərini bildirmək üçün onlar arasında rəy sorğusu keçirilsin. Təxminən onlara aşağıdakı suallar ünvanlansın:
1. Bu günkü Masallının hansı uğurları diqqətinizi çəkir?
--------------
2. Bu gün Masallıda sizi nələr, rəhbərlərin hansı addımları ciddi narahat edir?
--------------
3. Bu gün Masallıda işsizliyin, bəzi idarələrdə rüşvətxorluğun, kütləvi şəkil almış narkomaniyanın, ciddi bəlaya çevrilmiş kadr çatışmazlığının və digər neqativ halların aradan qaldırılması üçün konkret olaraq nə təklif edirsiniz?
--------------
4. Konkret olaraq SİZ Masallı üçün nə edə bilərsiniz?
---------------
5. Polisdən tutmuş məhkəmələrədək, büdcə təşkilatından tutmuş bələdiyyələrədək əsl aşkarlığın təmin olunması, QHT-lər, müstəqil mətbuata meydan vermək üçün nə etmək lazımdır?
Qeyd: Siz də təkliflərinizi əlavə etsəniz, çox şad olarıq.
Biz də tədbirə dəvət olunmuşuq. Yəqin, tədbir haqqında ümumi məlumatlarla yox, onun bütün ruhunu əks etdirən, yazı ilə görüşünüzə gələcəyik.
Cenub.az. Zahir Əmənov.