Xeyli vədlərdən sonra sürətli internet – 1-ci tariflə - yəni 40 mb/s, aylıq 17.99 manata artıq Masallıda evlərə ayaq açdı.
Daha əvvəl, daha ətraflı məlumat almaq üçün
müxtəlif ünvanlara müraciət etdik. Hərə o birisinin üstünə atdı. Nəhayət İNİNET-in baş ofisinə müraciət etdik. Bir neçə dəfə zəngləşib və yazışsaq da arzu etdiyimiz dolğun məlumatı ala bilmədik.
Nəhayət, bu günlərdə adı çəkilən təşkilatın rəsmiləri həyətimizə, Ərkivan qəsəbəsindəki evimizə gəldi. Və sürətli internetin “dadını” çıxartmaq bizə də qismət oldu.
Tariflər isə aşağıdakı kimidir
1. Aylıq 17.99 AZN, sürət - 40 mb/s
(Bura telefonun aylıq abunə pulu daxil deyil),
2. Aylıq 27,99 AZN, sürət – 50 mb/s. həm də 240 TV kanala baxmaq imkanı. (Bura telefonun aylıq abunə pulu daxıl deyil).
3. Aylıq 37.99 AZN, 240 TV kanal, bir də aylıq telefon abunsinin pulu.
Əgər Qutudan sizin evinizə məsafə 50 metrdən artıqdırsı, hər əlavə metr üçün 0,40 qəpk ödəməlidir.
Digər detallar isə adı çəkilən şirkət bizi məlumatlandırarsa, sizə çatdırarıq.
Hazırda yeni qurğuların quraşdırılması Ərkivan qəzetinin Abbaslı məhəlləsində aparılır. 3 ay müddətində quraşdırma işlərinin Ərkivan qəsəbəsində quraşdırılmasının başa çatması gözlənilir.
Masallı şəhərində, digər qəsəbə və kəndlərində isə yeni xətlərin çəkilməsini AzTelekom reallaşdırır.
Hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün şərtlər bir qədər fərqlidir.
Cenub.az. Turan