Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Qatarımız ilan kimi süründü" mahnısı necə yarandı?


Qatarımız ilan kimi süründü,
Yolüstü RostovVaronej göründü,
Çöllərdüzlər meşələrə büründü,
Get-gedə dəyişdisoyudu hava
Bala bala yol aldıq Yaroslava.

Həbsxana həyatından bəhs edən mahnının sözləri böyük əksəriyyətə tanışdır. “Youtube”un Azərbaycan seqmentində son ayların trend mahnısına çevrilib. Adı çəkilən sosial şəbəkədə bu ifanın toy məclislərindən olan bir neçə videosu paylaşılıb. Bəzilərində toy iştirakçıları da mahnının sədaları altında oynayır. Bu isə əksər insanların xoşuna gəlmir. Belə ki, bəyənməyənlər, həmin mahnının ağır mənalı olduğunu, oynamaq üçün nəzərdə tutulmadığını qeyd edirlər.

Mahnının ifaçısı isə müğənni Almazxan Ağdamlıdır. Hazırda doğulduğu Ağdam rayonunda yaşayır.

Dinləyiciləri düşündürən suallardan biri də bu mahnının real hadisəyə əsasən oxunub-oxunmamasıdır. Həmçinin bəndlərin birində 15 nəfərin bir həbsxanadan digərinə köçürülməsindən də bəhs olunur.

Bəs görək, doğrudanmı Rusiya həbsxanalarından birində belə hadisə olub? Həmin şəxslər hansı xalqın nümayəndələridir?

Bu suallarımızın cavabını elə ifaçıdanAlmazxan Ağdamlıdan aldıqMüğənni Lent.az-a açıqlamasında mahnının ərsəyə gəlməsi barədə özündə olan məlumatları bölüşdü:

“Bu sözləri 1996-cı ildə bir kitabdan oxumuşdum. Azərbaycanlı şairlərdən biri yazıb. Həmin kitabı da mənə o zaman həbsdə olan qardaşım cəzaçəkmə müəssisəsindən hədiyyə etmişdi. Mahnını özüm bəstələmişəm. Bəndlərin birində qeyd olunan, bir həbsxanadan digərinə köçürülən 15 nəfər də azərbaycanlılardır. Bu hadisə doğrudan da baş verib. Şeir real həyatdan, olmuş hadisədən təsirlənib yazılıb. Ancaq həbsxanada soydaşlarımıza bu əzab nə vaxt verilib, həmin azərbaycanlılar kimlərdir, onu bilmirəm. Mənə də çox maraqlıdır”.

Almazxan Ağdamlı həmçinin bizə sözügedən şeirin Zakir Fəxri tərəfindən yazıldığını dedi.

Hadisənin təfərrüatları və tarixi barədə Zakir Fəxri ilə əlaqə saxladıq. O, həmin hadisə barədə "Dustaqxanadan dustaqxanaya" romanında yazdığını bildirdi. Yazar da bu hadisənin real olduğunu və bütün məlumatların həmin romanda qeyd olunduğunu dilə gətirdi. Həmsöhbətimizin sözlərinəgörə, ərsəyə gətirdiyi kitab bütün kitabxanalara paylanılıb./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10