Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yalançı kreditlər||--||


Yalançı kreditlər||--||

Yalançı kreditlər


Ötən ilin fevral ayında adı çəkilən küçəyə rayonda iş adamları kimi tanınan Cəbrayıl Xankişiyev və İlqar Abbasov adlı şəxslər gələrək, burada yaşayan sakinləri işlə təmin edəcəklərini, torpaq alıb zavod tikəcəklərini, hamını yüksək maaşlı işlə təmin edəcəklərini bildiriblər. Sakinlərdən isə bu xeyirxah işə razılaşmaq üçün bir ağ kağıza qol çəkmələrini və şəxsiyyət vəsiqələrini təqdim etmələrini istəyiblər. Sevincək olan sakinlər çox asanlıqla pullu işlə təmin olunacaqlarını güman edib bu işbazların təklifi ilə razılaşıblar. Bunları bizə Astara sakini Nəcəf Məmmədov onlarla şikayətçinin adından bildirdi. Bir müddətdən sonra həmin �iş adamları� şəxsiyyət vəsiqələrini aldıqları adamları Astaranın Pensər kəndindəki bazara dəvət ediblər. Daha sonra sakinləri həmin bazarda Hacıbala Hüseynova məxsus dükana aparıblar. Burada müvəkkil bankın � Rabitəbankın nümayəndələri həmin sakinlərlə görüşüb, onlara hər hansı bir sənədə qol çəkdirərək yola salıblar. Nikoylbankın nümayəndələri isə daha uzağa gedərək bir qrup astaralıya nəinki qol da çəkdirib, hətta pul da veriblər, lakin otaqdan çıxan kimi həmin pulları onlara vəd verən işbazlar əllərindən alıblar. Əsil oyun da elə bundan sonra başlayıb. Sakinlər bunun nə olduğunu soruşanda, bank işçiləri �gedin Hacıbalanın yanına, sizi başa salar� deyiblər. Nə baş verdiyini anlamayan sakinlər də buna inanıb, xoş əhvalla, heç nədən xoşbəxtliyə qovuşanlar kimi evlərinə qayıdıblar.

Deyir, sən saydığını say, gor bankirlər nə sayır. Belə ki, bir müddətdən sonra bank işçiləri onların qapısını döyərək bildiriblər ki, bəs siz bizim bankdan kredit götürmüsünüz, onun faizi ilə birlikdə adambaşına 1000-1200 manat ödəməlisiniz.

Sakinlər nə qədər desələr ki, biz kredit-filan götürməmişik, faydası olmayıb. Bundan sonra bank işçiləri həmin 600-900 manat alanlara puldan əlavə cərimələr kəsib, adları siyahıda olanları veriblər məhkəməyə. Həmin gündən də yeni iş axtaranlar zibil işə düşdüklərini başa düşərək, başlayıblar onları aldadanları axtarmağa. Lakin onları aldadanlar tapılmayıb. Əlacsız qalıb aidiyyatı orqanlara müraciətlər ediblər.

Bu arada Astara rayon məhkəməsi bank tərəfindən qaldırılan iddia ərizəsinə baxaraq bankın xeyrinə qərar verib. İşi aparan hakim Ülvi Qənbərov bildirib ki, bank tərəfindən verilən sənəd və sübutlar tam dəqiqliyi ilə hazırlanıb. Yəni imza var, şəxsiyyət vəsiqəsinin nömrəsi var, pulu almısan, vəssalam. Hakim bildirib ki, əgər sakinlər aldadıldıqlarını deyirlərsə, onda rayon polis şöbəsinə müraciət etsinlər. Astara rayon polis şöbəsindən isə bildiriblər ki, sakinlər tərəfindən ərizə qəbul edilib və həmin işə baxılır. Məsələdə adı çəkilən Cavanşir Xankişiyev isə hazırda ölkə ərazisində olmadığı üçün məsələnin həlli yubanır. Artıq onun barəsində federal axtarış elan edilib və barəsində də C.M 178.3.2 maddəsi ilə cinayət işinə başlanılıb.

İndi sakinlərə Cavanşir Xankişiyevin tutulacaq gününü gözləmək qalır. İlkin məlumata görə aldadılanların sayı 50 nəfərdən artıq, aldadılanların cərimələr və almadıqları, lakin imza atdıqlarına görə borcu 50 min manatdan artıqdır. Cavanşir Xankişiyev ölkə xaricində olsa da, burada olan İlqar və Tərlan sakinlərə pul ödəməkdən imtina edirlər.

İLKİN 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10