Cəlilabadda məsciddən və 10 yaşayış evindən oğurluq edən həmkəndlilər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, rayonun Alar kəndində yerləşən yaşayış evlərindən birindən 7000 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqillərinin oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən Ocaqlı kənd sakinləri Taleh Əhmədov və Kənan İsgəndərov saxlanılıb. Onların rayonun ayrı-ayrı kəndlərində yerləşən ümumilikdə 10 yaşayış evi və 1 məsciddən məişət əşyaları və təmir-tikinti alətləri oğurlayaraq satdıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
T.Əhmədov və K.İsgəndərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı araşdırma aparılır./Qafqazinfo"