Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vasif Talıbov Bakıya buna görə gəlib - ŞOK SƏBƏB


Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında  Bakıya gəlib. 

Onun Naxçıvana dair qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacağı bildirilir.

Ali Məclis sədrinin Bakıya gəlişinin səbəbini dəqiqləşdirə bilib. Naxçıvandakı mənbələr saytımıza bu səfərin V.Talıbovun şəxsi təşəbbüsü ilə baş tutduğunu deyib. Onun sözlərinə görə, "xan" bağışlanılması üçün Bakıya minnətçi düşəcək. 

Mənbə bildirib ki, V.Talıbov özünün və ətrafının uzun illər ərzində qeyri-qanuni yollarla dövlət büdcəsindən oğurladığı həcmi milyardlarla dollarla ölçülən vəsaiti geri qaytarmağa hazırdır. Bunun müqabilində isə özünün və yaxın ətrafının təhlükəsizliyinə təminat istəyir. 

Naxçıvandakı məlumatlı şəxs V.Talıbovun "fırtına" səngiyəndən sonra vəzifədən könüllü getməyə hazır olduğunu da bildirib. /Yenisabah.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10