Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daha bir kənd –Qəriblər kəndi tarixini kitablaşdırdı , yaxud məhv edilmiş tariximizin bir səhifəsi barədə.


Yaxın günlərdə Qəriblər kənd tam orta məktəbində ağsaqqallar, şagird və müəllimlər, qonaqlar Nazim Qəribin “Qəriblərim – qərib elli diyarım” kitabının müzakirəsinə toplaşmışdılar. 

  Kitabda doğma diyarın ilk sakinləri, toponimləri, qalaları, kurqonları, əfsanələri, məktəb və səhiyyəsi, coğrafi mövqeyi, istirahət mərkəzləri, kolxoz quruculuğu, köhnə kişiləri, inanc yerləri, maarif fədailəri, alim və yazarları, polis və hərbiçiləri, iş adamları habelə Böyük Vətən, I və II Qarabağ müharibəsində iştirakı, bir çox başqa mövzularda maraqlı, müfəssəl məlumatlar verilmişdir. 

 Bakı Elm-Təhsil mərkəzinin direktoru, pedaqogika elmləri doktoru, professor, Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü Fərahim Sadıqov “Qəriblərim – qərib elli diyarım” kitabı haqqında rəy və ya kitab haqqında mülahizələr söyləmişdir. 


 Məhv edilmiş tariximiz... 


“Dəfn olunmuş torpaq” başlıqlı yazıda müəllif Viləşbənd yaradıldıqdan sonra hər bir qəriblərinin qan yaddaşı olan Sarıqaya, Sekaran, Daşlıqaya, Qanlıxıl, Nallar və.s məhsuldar torpaqlı ərazilərimiz sulara qərq olub boğuldu. 

 Kitabın sonunda verilmiş “Köhnə kişilər və ya eli tanıdanlar” bəhsində köhnə kişilərin etibarlılığı, sözübütövlüyü, savadsız olsalar da aqil insanlar kimi zidiyyətlərdən baş çıxarmaları, ağı – qaradan seçmək bacarıqları qabardılır. Bu köhnə kişilər içərisində Abdulla Abdullayevin, yolçu Qəribovun, Müseyib Əliyevin, Rzaqulu Qasımovun və onlarla başqalarının adları indi də fəxarətlə çəkilir. 

 Elə kəndin tarixi qədər də qədim olan – Ocaq nili, yoxsa “Baba vay ocağı” haqqında da dəyərli məlumatlar verilib.

 Ömrünü qəriblərlilərin maariflənməsinə həsr etmiş Paşa Paşayev, Hazarxan Ağayev, Elçin Manafov Qəriblərin keçmiş və indiki müəllimləri, məktəbi, kitabxana, səhiyyə və sağlamlıq, kurqanları, qəbristanları haqqında verilən yazılar maraq doğurur. 

 Qəriblərli alimlər Zeydulla Ağayev, Tofiq Mirzəyev, kəndin yetirmələri İldırım Allahyarov, Cəmil Məmmədov, yazarlar Emil Tahiroğlu, Nazim Paşayev (Qərib), yeri görünənlər Təvəkkül Mirzəyev, Sərəstan Paşayev, Güloğlan Ağayev, Qüvvət Məlikov, iş adamlarımız Xudayar İmamyarov, Qardaşəli Allahyarov, Vahid Mirzəyev, Abdul Adıgözəlov, polislərimiz Marif Əliyev, Şəmsəddin Mirzəyev, Zabil Abdullayev, Xəyal Kamilli, Samit Əliyev, Əlizadə Bağırov, hərbiçi yetirmələrimiz Sənan Novruzlu, Taryel Ağayev, Rəşad Əmənullayev, Taleh Ağayev, Tural Cəbiyev, Sakit Bəşirov, I və II Qarabağ müharibəsi iştirakçıları haqqında geniş məlumat verilib. 

 Maraq doğuran digər başlıqlı yazılar – nəsil və şəcərələr, elin söz boxçasından, maraqlı əhvalatlar və kənddə ilk dəfə adlı yazılardır. 

Abdul Əsgərli. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10