Lənkərandakı “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Lənkəran rayonunu əhatə edən “İncəsənət şəhəri” - Gənclərin sənət və sənətkarlığa marağın artırılması istiqamətində təşəbbüslər” adlı layihənin icrasını yekunlaşdırmışdır.
Layihənin məqsədi gənclərin və yeniyetmələrin divar şəkillərinin çəkilməsi istiqamətində təşəbbüslərdə iştirakını təmin etməklə onların incəsənətə, sənət və sənətkarlığa və eləcə də milli mədəniyyətin inkişafında maraq və rolunu artırmaqdır.
Layihə çərçivəsində 20 gənc rəssam Lənkəran şəhərində 3 gün müddətinə divar şəkillərinin (graffiti rəsmlər) çəkilməsi istiqamətində nəzəri və praktik təlimdə iştirak etmiş, müxtəlif gənclər mərkəzində (əsasən təhsil müəssisələrində) bu sahəyə həvəskar gənclərin və yeniyetmələrin iştirakı ilə divar rəsmlərini çəkməklə əldə etdikləri məlumatları təcrübədə sınaqdan keçirmək imkanı qazanmışlar.
Rəmzi Şahverdiyev. Cenub.az