Daxili İşlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin saxlanılması barədə açıqlama yayıb.
DİN-in mətbuat xidmətinə istinadla xəbər veririk ki, Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.
Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.
Bundan əvvəl onun vəkil Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Məhkəməsinə aparılır".