Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranlı aktrisa vəfat edib


Aktrisa Məqsudə Həsənağa qızı Əliyeva 8 dekabr 2022-ci ildə yaşadığı evdə uzun sürən xərçəng 

xəstəliyindən 57 yaşında dünyasını dəyişib.

Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye 

Pedaqoji Texnikumunu bitirib. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci 

ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb. O teatrın səhnəsində bir çox tamaşalarda Elçinin 

“Mahmud və Məryəm” - qulluqçu qızı, H. Mirələmovun “Vicdanın hökmü” - rus qızı, Ə. 

Orucoğlunub “Pul dəlisi” – solist,  S. S. Axundovun “Qaraca qız” - Nərgiz, Ə. Əmirlinin “Onun 

iki qabırğası” – Qumaş kimi yadda qalan obrazları yaradaraq böyük tamaşaçı sevgisi qazanıb. 

Məqsudə Əliyevanı tamaşaçılara sevdirən ən yaxşı rolu ATV (Azad Azərbaycan)  

televiziyasında yayımlanan 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı Zərnişan obrazı 

olur. (Cenub.az)















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10