Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Göylərə uzanıb əli sevdamın”- Daha bir yardımlılı şairi tanıyaq – Etibar Qara


Bağışov Etibar Çapar oğlu (Etibar Qara) 

1961 –ci ildə Yardımlı rayonu, Nisəqala kəndində

anadan olmuşdur. 1978 –ci ildə Çayüzü kənd orta 

məktəbini, 1984 –cü ildə Azərbaycan 

İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Hal-hazırda

Tikinti mühəndisi kimi çalışır. Sumqayıt şəhərində 

yaşayir. Evliyidir, 4 övladı var.

“Göylərə uzanıb əli sevdamın” və “Ürəyim boyda dərdim”

adli kitablarım çap olunub.

Sənin göylərdə nə işin,

Başdan başa torpaq adam?

Kimi özü, kimi qoşma,

Kötüklərə sən baş qoşma,

Mehə əsən yarpaq adam.

                  xxx

Uçmaq kimi yox vərdişin,

Sənin göylərdə nə işin,

Başdan başa torpaq adam?

                 xxx

Gecələri nurun boğur,

İçində bir dunya doğur,

Çöl-bayırı çılpaq adam.

          xxx

Ağızlar cır, dil calaqtək,

Sozü şillə, şapalaqtək

Ağızlara qapaq adam.

              xxx

İs vermirlər altmış yaşda,

Adamım da yoxdur basda, 

İndi hardan tapaq adam?

          xxx

Çox özünü, yorma sən də,

Qeyrət tapmaz geydirsən də,

Qeyrətsizə papaq, adam.

Az əl götür Allaha,

Mələkləri şad deyil.

Vərəqdə vətən qurub,

Sərhəddin çəkən nə çox.

Qələmlə şumun vurub,

Dən səpib, əkən nə çox.

          xxx

Deyilmiş fikri ha yaz,

Bazar meyvəsi kimi.

Sözdə hər təzə avaz,

Novruz heybəsi kimi.

          xxx

Çicəyə qonmur arı,

Bilirmi qənd yediyin?

Hər yan qarğa bazarı,

Qanmır ağız dediyin.       

   xxx

 

 

Hicrandan yazma daha,

Qulaqlara yad deyil.

Az əl götür Allaha,

Mələkləri şad deyil.

          xxx

Ölümün də hər gecə,

Tutur bizi yuxusu.

Oğurlanır gör necə,

Ömrümüzün çoxusu.

Göyə çıxanda hələ diriydi,

Göylərdən yerə yıxıldı Vətən.

Qaranlıq bir yol tutub gedirik,

Yolun üstündə tikan var, daş var.

Bu daşlı yolu udub gedirik ,

Üstündə neçə kəsilən baş var.

                    xxx

Anası varmı dizinə döyə?

Şəhid vətənçün dura, yola saç.

Tanrı da göydən çəkilib göyə,

Ha özünü yor, göyə ha əl aç.

 

Bu ağrıların görünmür sonu,

Vətəni göyə özüylə çəkir.

Gör necə qurub quran oyunu,

Hər gün şəhidi köksünə əkir.

                      xxx

Vətən ölür hər gün şəhid-şəhid,

Öz bayrağına bükülür Vətən.

Qatil özünə saxlamır şahid,

Səhid qəbrinə tökülür Vətən.

                      xxx

Xərçəng xəstəsi bu Vətən kimi,

Hər əzasında toxuması var.

Ağ xalat geyən iblis həkimi,

Həm də fatihə oxuması var.

                xxx

İnanc yeriydi, qibləgah idi, 

Qan çanağına dönüb göy indi.

Vallah, bu oddan yer agah idi,

Heç tüstülənmir bir kösöy(v) indi.

                    xxx

Şəhid olanlar şahidləriydi,

Ürəyində çox sıxıldı Vətən.

Göyə çıxanda hələ diriydi,

Göylərdən yerə yıxıldı Vətən.

          xxx

Dolu yerinə, yağış yerinə,

Tutub göyləri istiqlal qanı.

Bir dəyirmanın düşüb pərinə,

Dolanır bütöv Azərbaycanı.

Sevinc məni ayaq saydı,

Dərd içində baş adamam.

 Üzüyumşaq, tez aldanan,

Dost-tanışa boş adamam.

Məni sancan düşmənimə,

Mən ürəkdən daş adamam.

          xxx

Bir üzüm qış, biri yaydı,

Ömrümdə hər yer dolaydı.

Sevinc məni ayaq saydı,

Dərd içində baş adamam.

                   xxx

Qoysan gülə arı yana,

Bar verməz hər darıyana.

Mənimlə tərs sarıyana,

Baxışımda çaş adamam.

          xxx

Xoşa gəlmir hər gərdişim,

Düz danışmaq pis vərdişim.

Bir hakimə düşdü işim,

Dedi:-işi yaş adamam.

 

Bu ömür mənə dar ağacı qurub,

Kəndirin boynuma salıb qurtarmır.

 

Ürəyim də cansız,  vərəq kimidir,

Yetənə atıram ölüb qurtarmır.

Gündə boğazıma yığılır canım,

Öz canını məndən alıb qurtarmır.

          xxx

Ölüm yoxuşu lap adamı yorub,

Gədiyini aşmaq gözümə durub.

Bu ömür mənə dar ağacı qurub,

Kəndirin boynuma salıb qurtarmır.

          xxx

Nə gundüz bəyazdır, nə gecə siyah,

Gözlə ki, gələcək işıqlı sabah.

Borc kimi sələmdən artdıqca günah,

Hər gun Allah silir, silib qurtarmır.

          xxx

Daha zəhləm gedir öz pəncərəmdən,

Əskik olmur ki, yad göz pəncərəmdən.

Hər şeir yazanda, söz pəncərəmdən

Bir dəli hey gülür, gülüb qurtarmır.

          xxx

Hər xoş nəvazişə mən ürək sərdim,

Ürək açana yer başda göstərdim.

Bütövləşmək kimi böyükdür dərdim,

İllərdir yol gəlir, gəlib qurtarmır.

Dedilər, sözün düzu

Dəlidən , səydən çıxdı.

 

Düşəndə ağlım küyə,

Qulağım küydən çıxdı.

Biri, -"hey" çağıranda,

Düşüncəm heydən çıxdı.

          xxx

Yiyəsiz boş torpağam,

Bilinməz kimdir ağam.

Dilənçi bir uşağam,

Çörəyim neydən çıxdı.

          xxx

Calxayan nehrəmizi,

Firladır cəhrəmizi.

Sarıdı cəhrə bizi,

Düyçəsi iydən çıxdı.

          xxx

Məzəsi, meyi günah,

Donuzun piyi günah.

Adamına bax, Allah,

Piylənib piydən çıxdı.

          xxx

Kürsülər qarnı iri,

Hər kəsin olmaz yeri.

İki-üç sozdən biri,

Zaddan, ya şeydən çıxdı.

          xxx

Sürünü qurdlar sökər,

Leşinə çaqqal çökər.

Bəyləndi durub nökər,

Bəyliklər bəydən çıxdı.

          xxx

Xəbərin qara üzü,

İnanmaq olmur düzü.

Dedilər, sözün düzu

Dəlidən , səydən çıxdı.

          xxx

Vətəndə bişən aşı,

Doyurmur vətəndaşı.

Qarışdı hər gün başı,

Məzədən,  meydən çıxdı.

          xxx

Dırmanar goyə yolun,

Boşunu döyər dolun.

Qoynunda qalan qolun,

Qisməti göydən çıxdı.

Etibar Qara







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10