Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Mixail Saakaşvili həbsə atıldıqdan sonra zəhərləndirilib..." - "Le Figaro"


"Saakaşvili çoxdandır ki, Putin üçün göz dağıdır...Onun zəhərlənməsində Rusiyanın üslubu sezilir..."
 
"Saakaşvili sprinter tempi ilə islahatlar apararaq Gürcüstanı özünün iradəsilə Avropa İttifaqı və ABŞ-a yaxınlaşdırmağı bacarıb..."
 
Bir çox cinayətlərinə görə vətənində həbsə düşən Saakaşvili 30 kq arıqlayıb və onda zəhərlənmənin bütün əlamətləri var.
 
Bu barədə Fransanın "Le Figaro" qəzeti yazıb və burada "rus izinə" eyham vurub.
 
Oxucular buna inanmır və Gürcüstan prezidenti Zurabişviliyə müraciət edərək, nədən patronu əfv etmədiyini soruşur. 
 
Amerika alimlərinin apardığı analizlər Saakaşvilinin orqanizmində arsen aşkar edib. Saakaşvilinin ətrafı bu işlə əlaqədar olaraq barmaqla Rusiyanı göstərir.
 
Gürcüstanın 55 yaşlı sabiq prezidenti Mixail Saakaşvili Tbilisi şəhərində həbsxana kamerasında zəhərlənib. Zəhərlənmə orqanizmində arsen və civənin miqdarının artırılması ilə həyata keçirilib. Onun ifrazatlarının analizini aparan Amerika həkimlərinin rəyi belədir.
 
San-Fransiskodan olan toksikoloq Devid Smit öz ifadələrində daha dəqiqdir. Onun "Le Figaro" redaksiyasının sərəncamında olan tibbi məruzəsi şübhə yeri qoymur: "Saakaşvilinin saçları və dırnaqlarında civə və arsenin izləri aşkar edilib. Mixail Saakaşvili zəhərləndirilib. Artıq həbsə atılandan sonra".
 
Amerikanın iki müstəqil laboratoriyaları Saakaşvilinin ifrazatlarını analiz edib. Biri Nobel mükafatı laureatı olmaqla beş mütəxəssisin rəyi birmənalıdır. Öz vətənində bu adam sağ qalmayacaq. Əgər Mixail Saakaşvili adekvat müalicə almaq üçün dərhal Amerika və ya Qərb klinikasına köçürülməsə, o zaman Mixail Saakaşvili elə həbsxanada öləcək.
 
Gürcüstanın 2004-2013-cü illərdə prezidenti olmuş Saakaşvili çixdandır ki, Putin üçün göz dağıdır. Saakaşvili özünün iradəsi ilə Gürcüstanı Avropa İttifaqı və ABŞ-a yaxınlaşdırmağı bacarıb. O, təkbaşına sprinter tempi ilə islahatlar aparıb. 
 
Seçkilərdə Moskvaya yaxın olan milyardçı Bidzina İvanişvilinin rəhbərliyi altında "Gürcü arzusu" partiyası qalib gəldikdən sonra Saakaşvili "hakimiyyətdən sui-istifadədə" ittiham edilib, bundan sonra ölkədən qaçıb və qiyabi olaraq səkkiz il müddətində azadlıqdan məhrum edilib.
 
Doğma Gürcüstanda persona-non-grata olan Saakaşvili Ukraynaya köçüb və 2015-ci ildə oranın vətəndaşlığını qəbul edib və Odessanın qubernatoru olub.
 
Onun vulkanik temperamenti onu bu vətəndaşlığı ona verən Ukrayna prezidenti Poroşenkonun gözündən salıb və o, Saakaşvilini vətəndaşlıqdan məhrum edib.
 
Bu arada isə Gürcüstanın yeni hökuməti islahatları tamamilə unudub...Tbilisi Rusiyaya qarşı sanksiyalara da qoşulmayıb. Hüquqi dövlətdə qanunun pozulması halları çoxalıb. Əsas müxalif telekanalının rəhbəri Nika Qvaramiya 3, 5 iı müddətinə həbs olunub.
 
1 oktyabr 2021-ci ildə Mixail Saakaşvili 8 illik sürgündən sonra Gürcüstana dönmək qərarına gəlib ki, siyasi karyerasına baş vursun. Onun gözləntilərinə rəğmən, gürcü torpağına ayaq basarkən o, həbs edilib. Zəhərlənmə isə 2021-ci ilin noyabrında baş verib. Bax, burada Rusiyanın üslubu sezilir...
 
Həbsxanada Saakaşvili bir ildə 30 kq çəki itirib. Amma bu, nədənsə Gürcüstanda heç kimə təsir etməyib. Hakim partiyasının rəhbəri İrakli Kobaxidze bununla bağlı istehzalı bəyanat verib:
 
"Mixail Saakaşvilinin həbsxanaya düşəndən sonra həyat səviyyəsinin aşağı düşməsi xoşuna gəlmir. Ona bir neçə təzə yumurta  və təzə pendir vermək lazımdır ki, orqanizm normaya dönsün.
 
Gürcüstanın qadın prezidenti, sabiq fransız xanım-diplomatı Salome Zurabişvili isə, nədənsə, öz əfv etmək səlahiyyətindən istifadə etməkdən imtina edir./Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10