Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda müasir heyvan kəsimi məntəqəsinın açılışı olub


“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və yerli icra hakimiyyəti orqanlarının birgə faəliyyəti davam edir. Bu istiqamətdə sahibkarlar tərəfindən respublikanın müxtəlif rayonlarında yeni müasir heyvan kəsimi və ət satışı məntəqələri yaradılır.

Növbəti müasir heyvan kəsimi məntəqəsinın açılışı Masallıda olub.

Açılış mərasimində Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, şöbənin baş məsləhətçisi Kənan Ağayev, AQTA Regional Bölməsinin, Masallı Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları, “Uluxanlı” heyvan kəsimi məntəqəsinin sahibi Ziyadə Məmmədova və digər sahibkarlar iştirak ediblər.   

Sonra kəsim sexində yaradılan şəraitlə tanışlıq olub, məntəqədə heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz olunduğu müəyyən olunub.

“Uluxanlı” heyvan kəsimi məntəqəsinin sahibi Ziyadə Məmmədova bildirmişdir ki, məntəqədə baytarlıq-sanitariya ekspertizasının aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyası da fəaliyyət göstərəcək. Burada iri və xırdabuynuzlu heyvanlara baytar nəzarəti həyata keçiriləcək, heyvanlardan nümunələr götürülərək laborator müayinələr aparılacaq. Sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilən heyvan məhsulları vətəndaşlara təqdim ediləcək. Yalnız bundan sonra ətin istifadəsinə və ya satışına icazə veriləcək.

Masallı şəhərinin Seybətin küçəsi ərazisində yerləşən kəsim məntəqəsi 24 saat fəaliyyət göstərəcək. Bu müddət ərzində 200-ə yaxın iri, 400-ə yaxın xırdabuynuzlu heyvan kəsimi mümkün olacaq. Bundan əlavə burada ət məhsullarının konservləşdirilməsindən ötrü müasir avadanlıqlar quraşdırılacaq. Məntəqədə 50 nəfər işçi (qəssab, xidmətçi, dəri aşılayan və s.) çalışacaq. Şəhid ailələri və qazilər üçün kəsim ödənişsiz olacaq. Ziyadə xanım diqqətə çatdırıb ki, gündə bir dəfə daxili imkanlar hesabına ehtiyacı olanları isti yeməklə təmin edəcəyik. Potensialımız imkan verdikcə daha böyük layihələrin icrası nəzərdə tutulub.

Məqsəd Masallı rayonunda heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması, istehlakçıların hüquqlarının müdafiəsidir.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]