Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölkəmizdən kənarda tanınan, əslən Masallıdan olan məşhurları tanıyaq


Çoxlarımız Azərbaycanda yaşayan, əslən cənubdan olan məşhurları tanısaq da, bəzən xarici ölkələrdə yaşayan soydaşlarımızı tanımırıq və ya onların bizim kimi cənublu olduqlarının bilmirik. Bu səbəbdən də bu dəfə oxuculara əslən Masallıdan olan və ölkəmizin kənarında tanınan məşhurlar haqda məlumat verəcək.

İzləyici sayına görə rekord “qıran” blogerlərdən biri Aidə Əliyevadır. Aidə Əliyevanın İnstagram profilini (@aida.alieva.official) 2,1 milyon insan izləyir. Onun əkiz bacısını – Fəridə Əliyevanı (@feri.da) isə 1,4 milyon insan izləyir.

Əslən Masallıdan olan blogerlər daha çox gündəlik həyat tərzləri, getdikləri məkanlar, istifadə etdikləri məhsullar haqda danışırlar. Həmçinin bacıların özlərinə məxsus brendləri də var.

Aidə Əliyeva uşaqlığının bir hissəsini Masallıda – nənə-babasının yanında keçirib. Daha sonra Rusiyaya valideynlərinin yanına qayıdan Aidə hər yay tətilində nənə-babasını Masallıda ziyarət edib. Blogerin babası rəhmətə gedib, nənəsi isə Masallıda yaşamağa davam edir.

Rusiyanın məşhur müğənnisi HammAli də (@hammali) uşaqlığını Masallının Qızılağac kəndində – nənə-babasının yanında keçirib. Əsl adı Aleksandr Əliyev olan məşhur 18 iyul 1992-ci ildə Bakı şəhərində anadan olub. O, mütəmadi olaraq Qızılağac kəndinə nənə-babasını ziyarətə gəlir. Daha çox Navai ilə olan duetlərinin məşhurlaşdırdığı HammAlinin İnstagramda 1,6 milyon izləyicisi var.

Yumoristik videoları ilə məşhurlaşan bloger Elvin Ağayevin də (@pahlavashow) nənə-babası Masallıda yaşayır. “Cavanşir dayı” obrazı ilə izləyicilərin ürəyini fəth edən gənc mütəmadi olaraq Masallıda – nənə-babasının evində qonaq olur./cenublu.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10