Onların “günahı” nədir ki, sağ qalıblar?Bizlər həmişə qəhrəmanlara, xüsusən də Qarabağ uğrunda döyüşlərdə igidliklə vuruşmuş qəhrəmanlarımıza böyük ehtiramla yanaşırıq. Təəssüf ki, bu işlər də “əmmasız” deyil. Belə ki, hansı döyüşçü şəhid olur, yaralanırsa, onun ömür yolu daha çox işıqlandırılır. Lakin elə igidlərimiz də var ki, ölümün gözünə dik baxa-baxa onlarla qanlı döyüşdən keçib, lakin igidlikləri işıqlandırılmayıb. İndi bəzi qəhrəmanlarımızın “günahı” nədir ki, qəhrəmanlıq etdikləri döyüşdə “ölməyib”, “yaralanmayıb”. Xüsusən də, “Xüsusi təyinatlı” adlanan əsgərlərimiz etdiyi qəhrəmanlıqlarını sağlığında danışa bilməyib, həlak olanda da özləri ilə qəbrə aparıblar.
Belə sağ olan, xöşbəxtlikdən ölməyib diri qalan qəhrəmanlarımızdan birini, əvvəllər xüsusi təyinatlı olmuş əsgərimizi sizə təqdim edirik-
Əsgərov Hafiz Xubalı oğlu. 1982-ci ildə Yardimli rayonunun Bilnə kəndində anadan olub, orta təhsilini doğma rayonunda alıb.
2001-2002-ci illərdə Müdafiə Nazirliyinin xüsusi təyinatlı hissələrində xidmət edib.
Azərbaycanın Milli Qəhrəman adını almış Mübariz İbrahimovun və Fərid Əhmədovun misilsiz igidliklər göstərərək həlak olduqdan sonra və onların intiqamı, qisas almaq duyğusu onu o qədər təsirləndirib ki, dərhal Müdafiə Nazirliyin ərizəsini göndərib və təkidlə xahiş edib ki, onu təkrar hərbi xidmətə və döyüş bölgəsinə göndərsinlər.
Onun arzusu reallaşır. O, təlim kurslarına qəbul edilir və sonra da motoatıcı alayda manqa rəhbəri kimi döyüş bölgəsinə göndərilir.
Hafiz Əsgərov cəhbə bölgəsi rayonlarında Ağdamda, Tərtərdə, Göranboyda, Fizulidə… onlarla qanlı döyüşlərədə vuruşub, eləcə də aprel döyüşlərində ön xətdə xeyli igidliklər göstərib.
Onun bu xidmətləri əvəzsiz qalmayıb, 6 medalla təltif olunub (Azərbaycan Silahlı Qüvvələrin 95 və 100 illiyi medalları ilə təltif olunub.
44 günlük müharibənin ilk günündən Qələbə gününə kimi ön cəbhədə döyüşlərdə iştirak edib.
“Fizulinin azad edilməsinə görə”, eləcə də “Cəsur döyüşçü” və “Qüsursuz xidmətə görə”, “Vətən müharibəsi iştirakçısı” medallarına, çoxlu Fəxri fərmanlarla təltif olunub.
Hazırda yenə hərbi xidmətdə, birbaşa düşmənlə təmas xətdindədir. Dəfələrlə yaralanıb, heç evə bildirməyib, neçə yaralı dostunu döyüş bölgəsində çıxarıb, bəzi məqamlarıda isə heyrətamiz igidliklər göstərsə də, hərbi sirr olduğu üçün övladlarına, yaxınlarına bildirməyib. Yaraları bir az sağalan kimi yenidən ön xəttə yollanıb.
Bu gün qəhrəmanımızın ad günüdür. 40 yaşı tamam olur.
3 məktəbli övladı onu ürəkdən təbrik etsə də, hələ də dəqiq bilmirlər ki, atası hansı qəhrəmanlıqlar göstərib.
Qəhrəmanımızı təbrik edir, ona uğurlar arzulayırıq.
Cenub.az. Qızqayıt İsrafilzadə