Yaxud, sağalmaz bildiyin xəstəliklər burada necə müalicə olunur?
Ötən il dekabrın 1-də təntənəli açılışını etmiş Masallı Bioloji Təbabət Klinikası (BTK) haqqında hazırladığımız yazı aşağıdakı suallarla bitirdi:
- Siz niyə məhz bioloji təbabətə müraciət etməlisiniz?
- Burada konkret hansı xəstəliklər müalicə olunur və hansı xəstələr əməliyyat edilir?
- Hansı saytlardan bioloji təbabət haqqında daha mükəmməl məlumat almaq olar?
Bu günlərdə adı çəkilən şəfa ocağında olub, klinikanın direktoru Qüdrət Yaqubovla söhbətləşib, yuxarıdakı suallara aydınlıq gətirdik. Onu da xatırladaq ki, Qüdrət Yaqubov Elxan oğlu City University of london ali təhsil ocağının məzunudur.
Qüdrət bəy öncə vətəndaş müalicəsi üçün “Niyə Bioloji Təbabəti seçdin?” sualımızı cavablandırdı:
- Sirr deyil ki, hər bir insan üçün onun sağlamlığı olduqca önəmlidir. O da sirr deyil ki, insanlar arasında illərdir formalaşmış akademik qaydalar, hər gün qarşılaşdığı müalicə üsulları mövcuddur. Bioloji təbabət isə daha fərqli, daha effektli, daha davamlı müalicə üsulları təklif edir. Bizə müraciət edənlər öncə bilməlidir ki, bioloji təbabətdə kimyəvi tərkibli dərmanlardan istifadə olunmur. Ən çox təbii məhsullardan hazırlanmış dərmanlara üstünlük verilir
Bu sahədə dünyanın aparıcı ölkələrinin- Almaniya, İsveçrə, Kolumbiya, İtaliya, Rusiya və digərlərinin çox dəyərli təcrübələri var. Azərbaycanda bioloji təbabət hələlik 4 məkanda – Bakı, Sumqayıt, Göyçay və Masallıda fəaliyyət göstərir. Masallıdakı kompleks, şəraitinə, avadanlıqların mükəmməlliyinə görə regionlar arasında ən üstünüdür və Almaniya, isveçrə istisna olmaqla dünyanın digər ölkələrində analoji mərkəzlərlə rəqabət aparmaq gücündədir. Yəqin soruşa bilərsiniz ki, axı, niyə cənubu, məhz Masallını seçdiniz? Azərbaycanın fərqli bölgələrində klinikalarımızın açılması bizim əvvəlki planlarımıza daxildir. Çünki istəyirik ki, xidmətimimiz hər bir azərbaycanlıya əlçatan olsun, ən uzağı 1 saata bizdə müalicə almaq şansı olsun. Ona görə, həm də cənub bölgəsində rütubətliliyin yaratdığı fəsadları nəzərə alaraq burada klinika açmağa qərar verdik. Həm də nəzərə aldıq ki, Masallı cənubun coğrafi mərkəzidir.
Bir daha söhbətin əvvəlinə qayıtmaq istəyirəm.Siz niyə bioloji təbabətə üstünlük verməlisiniz? Çünki bu üsulu seçməklə siz müvəqqəti, qısa müddətli yox, olduqca davamlı müalicəyə nail olursunuz.
Məsələn, “loru” dildə desək, artroz xəstəliklərində maddələr mubadiləsi pozulduguna gorə qigirdaqda duzlasma gedir ve 2 oynaq bir-birini sixdigi ucun agrilar verməyə baslayir. Akademik mualicədə artrozun mualicesində agri kəsiciler ve hormonal dərmanlardan istifadə edildiyi üçün, iltihab müvəqqəti dayanır və agrilar kesir. Lakin agrı dayansa da, xəstəliyin gedisatı dayandirilmadığı ucun vəziyyət daha agırlasır.
Lakin Bioloji Təbabet üsulunda, birinci maddəlr mubadiləsi mualicə olunur, ikinci fizioterapiya ile əzələlər gucləndirilir ki, iki oynaq bir birinə oturmasin, son olaraq isə zədələnmis qigirdagı yenidən bərpa etməyə yönelmis mualicə tətbiq olunur.
Qısası, bizim devizim xəstəni yox, xəstəliyi müalicə etməkdir.
Yəqin ki, həkim personalının tərkibi oxucular üçün daha çox maraqlıdır. Mən, burada dəbdəbəli rəqəmlər sadalamaq istəmirəm. Sadəcə bəzi məlumatları diqqətinizə çatdırım ki, istər Bakıda, istər Masallıda Bioloji Təbabət sahəsində çalışan şəxslər son 15 ildə 100-dən artıq dünya şöhrətli xarici ölkə alimlərin rəhbərliyi ilə bir neçə, bəziləri isə 10-a yaxın peşəkar kurslar keçmiş, bu sahədə dünya təcrübəsinə əsaslı şəkildə mənimsəmiş insanlardır.
Biz vaxtaşırı Bakıdan, aparıcı xarici ölkələrdən də həkimlər dəvət edirik. Həmin dəvətlər üçün isə kifayət qədər xəstə olmalıdır. Yəni, həmin sahə üzrə cəmi 2-3 müraciət varsa, təbii ki, tanınmış alim buna görə xaricdən bura gəlməz.
Hələ ki, konkret günlər - 2 və 5-ci günləri nəzərdə tutmuşuq ki, Bakıdan xüsusi həkimlər gəlsin.
Bizim xidmətlərimizdən istifadə edənlər bir məqamı nəzərə almalıdılar ki, bioloji təbabətdə müalicə qısa müddətli, dərhal nəticə göstərən müalicələr deyil. Sadəcə, bir az zamana ehtiyac var. Səbir edənlər, uğurlu nəticəyə də nail olurlar. Bir nümunə deyim. Astma xəstəliyinə tutulan, 13 yaşa qədər bizə müraciət edənlərin 90 faizini sağaldırıq. Lakin kimdəsə bu xəstəlik xroniki hala keçibsə və gündəlik tutulmalar olursa, bizim müalicə nəticəsində həmin tutulmaları ayda bir dəfəyə endirə bilirik.
Bizim güvən yerlərimizdən biri də yüksək tenologiyalara xüsusi diqqət yetirməyimizdir. Masallıdakı Bioloji mərkəzdə elə aparatlar var ki, onun dəyəri milyon manatlarla ölçülür. Yəni, analizləri çox dəqiqliklə təyin edir. Kompüter tomoqrafiyayası üzrə müayinə qurğumuz olduqca həssaslıqla işləyir.
Gördüyümüz işlərə məktəblərdə keçirtdiyimiz görüşləri də əlavə edə bilərəm. Bu vaxta qədər şəhər mərkəzi, Ərkivan qəsəbəsi də daxil olmaqla 20-dən artıq görüş keçirtmik. Açığı, fikrimi “xəstə tutmaq” yox, daha çox maarifləndirmə aparmaqdı. Çünki, valideynlərimiz olduqca məlumatsızdır.
Maarifləndirmə işlərimizi digər internet resurslarında da davam etdiririk. BTK-nın eyni adlı - BTK.AZ saytı var. Həmçinin nəzərdə tutmuşuq ki, hazırda izlədiyiniz cenubxeberlerri.com saytının “Masallı. Bioloji Təbabət Klinikası” bölümündə ardıcıl olaraq məlumatlndırıcı və maarifləndirici yazılarla çıxış edək.
Bizim fəaliyyət sahələrini əhatə edən kiçik metrajlı filmlər də var ki, siz həm cenub.az saytında, həm də youtubedə həmin filmləri izləyə bilərsiniz.
Həmçinin bu sayt vasitəsi ilə istədiyiniz sorğuya bizdən cavab ala bilər, təkliflərinizi deyə bilərsiniz.
Nəzərdə tutmuşuq ki, yaxın vaxtlarda həkim personalımız, istifadə etdiyimiz avadanlıqlar, eləcə də BTK-də fəaliyyət göstərən şöbələr haqqında sizə tam detallı məlumatlar verək.
Bizim “sirlər”
Masallı Bioloji Təbabət Klinikası özəl, pullu xidmət göstərsə də, müəllimlərə, şəhid ailələrinə, 1-2 qrup əlillərə 20 faiz güzəştlə xidmət göstərir.
Sizinlə ilk söhbətimi isə bir xoş məlumatla bitirmək istəyirəm. Fevral ayının son həftəsində Masallıdakı BTK-də cərrahiyyə şöbəsi fəaliyyət göstərəcək. 22 yerlik palatalaramızda, (onlardan bəzisi VİP səviyyəsindədir) sizə nümunəvi xidmət göstəriləcək. (Bu barədə ayrıca məlumat verəcəyik)
Yazı Masallı Bioloji Təbabət Klinikasının Mətbuat Xidməti tərəfindən təqdim olunmuşdur.