Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Naxçıvan MR-in maliyyə naziri həbs edildi, istintaq davam edir


Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Cenub.az APA-ya istinadən bildirir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla "xüsusilə külli miqdar" təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilmişdir.

NMR Maliyyə nazirinin həbsinin təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.

 

 

 

Naxçıvan MR-in maliyyə naziri həbs edilib, istintaq davam edir - EKSKLÜZİV






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10