“Azərbaycan deyərkən ağlıma qardaşım gəlir. Türkiyə vətəndaşıyam, amma biz iki dövlət, bir millətik. Eyni coğrafiyadanıq, türkük, müsəlmanıq. Onun üçün də deyirəmki, Azərbaycan mənim qardaşımdır”.
Bunu açıqlamasında “Kurtlar vadisi” serialının Güllü Erhanı, məşhur aktyor Erhan Ufak deyib. O daha sonra əlavə edib.
“Bilirsiniz ki, bir müddətdir Azərbaycandayam. Burada “Türk Sanat Akademi Medya” da aktyorluq kursundan dərslər keçirəm. Hələ ki, davam edirik. İnşallah yaxın günlərdə Türkiyədə də dərslər keçməyə davam edəcəyik. Bundan əlavə Arb telekanalında “Türk Sanat Akademi Medya” film şirkəti olaraq yeni serial çəkirik. Psixoloji dramdır, yanvar ayında yayında olacaq” deyə aktyor bildirib.
Erhan Ufak “Kurtlar vadisi” serialının yenidən çəkilişlərinə başlanılacağını da bildirib.
“Bu müjdəni ilk olaraq bir neçə gün əvvəl “Pana” filmin sahibi, ekran işində Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz verdi. O bildirib ki, yanvar ayından çəkilişlərə başlanılacaq. İnşallah mən də orada olacağam. “Kurtlar vadisi” bir brend olduğu üçün yeri hər zaman fərqlidir. Düşünürəm ki, rəqabətə tab gətirəcək. Çünki bu serial hər zaman reytinqlidir və insanlar tərəfindən çox sevilir. Rolum da yenə Güllü obrazı olacaq” deyə məşhur bildirib.
Erhan Ufak heç bir kompleksinin olmadığını bildirib.
“Bir o qədər də böyük komplekslərim yoxdur, əslində heç kompleksim yoxdur. Bəzi insanlar bəlli bir məqama çatandan sonra kompleks sahibi olurlar. Amma çevrəmdəki insanlar var ki, deyirlər ki, mən aktyoram, insanları yüksəkdən görürlər. Məndə heç vaxt bu cür olmadı. Bu da nədən irəli gəlir? Ailənin verdiyi tərbiyyədən, adət ən-ənələrə sadiqlikdən. Bu həm də insanın daxili dünyası ilə də əlaqədardır. Əgər yolda piyada gəzmək istəyirəmsə gəzirəm, yolda dayanıb nəsə yemək istəyirəmsə yeyirəm. Nəticədə mən də insanam, heç kimdən hansısa fərqim yoxdur” deyə aktyor bildirib.
Məşhur aktyor Qarabağla bağlı çəkilən filmlərdə də rol almaq istədiyini bildirib.
“Böyük məmnuniyyətlə Qarabağ haqqında çəkilən layihələrdə, filmlərdə rol almaq istəyərdim. Qarabağ bizim məbədimizdir. Uzun illər sonra torpaqlarınıza qovuşmağınız qardaş ölkənin nümayəndəsi olaraq məni də çox sevindirdi. O yerlərə səfər etmək, oraları gəzmək ən böyük arzularımdan biridir” deyə Erhan Ufak bildirib.Moderator.az