“Mançester Yunayted”in sabiq hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubundan səxavətli təklif alıb.
“Cenub.az” “CBS Sport”a istinadən xəbər verir ki, səudiyyəlilər portuqaliyalı futbolçuya 225 milyon dollarlıq 3 illik müqavilə təklif etməyə hazırdır.
Məlumdur ki, bu variant Ronaldunun yeganə seçənəyi deyil. O, karyerasını harada davam etdirəcəyinə Qətərdəki dünya kubokundan sonra qərar verəcək.
Noyabrın 24-də Portuqaliya millisi DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Qana üzərində qələbə qazanıb (3:2). Ronaldu bu görüşdə penaltidən fərqlənib. Bu qolla o, tarixdə beş dünya çempionatında qol vuran ilk futbolçu olub. Portuqaliyalı 2006, 2010, 2014 və 2018-ci illərdə dünya çempionatlarında rəqiblərinə qol vura bilib.