Masallı. Rəhmətlik Seyid Sadıqın nəvəsi Bəşirov SeyidSadıq Mirvaleh oğlu avtomobil qəzasında dünyasını dəyişib
CENUB.AZ xəbər verir ki, bu gün, 27 noyabr 2022-ci ildə masallılar səhəri faciəli xəbərlə açıblar. Ərkivan Qəsəbəsinin İsoba məhəllə sakini Bəşirov Mirsadıq Mirvaleh oğlu (rəhmətlik Seyid Sadıqın nəvəsi) axşam saatlarında Ağcabədi rayonundan qayıdarkən yuxulu olduğu üçün idarə etdiyi maşını çevirib və dünyasını dəyişib.
O, ailənin sonuncu övladı idi və ailə həyatı qurmamışdı.
Hazırda onun cənazəsi Masallıya gətirilir.
Şəkillər əlavə olunur.
Allah rəhmət eləsin!