Yaxud da, “gedənim gedibdir, gələnim yoxdur” silsiləsindən növbəti yazı
Bir neçə mənbədən daxil olan məlumata görə, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov daha bir şöbə müdirini –ümumi şöbənin müdiri Afiəddin Kərimovu vəsifəsindən azad edib. Belə ki, verilən məlumata görə, Afiəddin Kərimovun işdən çıxmaq üçün ərizəsi 2022-ci il 24 noyabrda, axşamüstü alınıb. 25 noyabrda isə o, işə çıxmayıb. Həmçinin cümə günləri icra başçısının ənənəvi qəbulunda da iştirak etməyib.
O da bildirilir ki, həmin şöbənin Maqsud adlı bir əməkdaşı da işdən azad edilib.
Yayilan məlumatda o da var ki, belə təcili və qəfil cəzalanmaya səbəb bu şəxslərin bir ərazi nümayəndəliyinin məsləhətçi-mühasibinin (adı bizə bəlli olsa da, hələlik açıqlanmırıq) qulluq dərəcəsini artırmaq üçün təmənnalı münasibətə girməsi əsas olub. Həmin ərazi nümayəndəsinə də töhmət verildiyi söylənir.
Hazırda icra hakimiyyətində bu postdan əlavə, daha 1-ci müavin və 2 şöbə müdirinin vəzifəsi boşdur. Bu səbəbdən də icradakı hər hansı rəsmi şəxslə məlumatı dəqiqləşdirmək olmadı.
Hələ ki, 1-ci şəxsdən sonra Masallı icra hakimiyyətində söz sahibi görgəmli dövlət xadimi, müavin Adəm Məhərrəmovdur ki, o da “külək bu yandan əsəndə” bizə gündə 5 dəfə zəng vurur, “külək o yandan əsəndə” isə gün ərzində nə telefon zənginə cavab verir, nə də mesajlara.
Qeyd: Yaxın günlərdə bu mövzuda geniş yazı təqdim etməyə hazırlaşırıq.
Cenub.az. Zahir Əmənov