Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran. Gənc şair Əyyub Türkayla balacaların görüşü keçirilib


Cenub.az xəbər verir ki, Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mərkəzləşdirilimiş Kitabxana Sisteminin “Uşaq şöbəsi”ndə gənc şair Əyyub Türkayla görüş keçirilib. Görüşdə məktəblərin ibtidai siniflərində oxuyan şagirdlər , körpələr evi-uşaq bağçalarının balaca fidanları iştirak ediblər. Uşaq şairi Əyyub Türkay görüş zamanı bu il çapdan çıxmış “Balacaların şeir çələngi” kitabını balaca oxucularına təqdim edib, onlar üçün kitabdan şeirlər ifa etdi. 

Səmimi keçən görüşdə uşaqlar da öyrəndikləri şeirlərdən tədbirdə ifa ediblər. Daha sonra görüşdə mədəniyyət mərkəzinin rəisi Şahin Şahbazov, AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, şair Əhməd Haqsevəryazıçı Şəfahət Şəfi Həsənov çıxış edərək günümüzdə uşaq ədəbiyyatının inkişaş edtdirilməsindən, uşaqlar üçün yazan şair və yazıçılarla tez-tez balaca oxucuların görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]