Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əyalət jurnalisti niyə milyarderin hədəfinə gəlib?


Yaxud, jurnalistə nahaq ilişəni Allah da cəzalandırır. Bir də milyarderin əleyhinə qərar verən məhkəmə

Cenub.az. bəyan edir ki, əyalətdə tənqidçi jurnalist olmaq məşhur deyimdə bildirildiyi kimi “pələnglə öpüşmək” qədər şərəfli və təhlükəlidir. Belə tənqidçi, müstəqil əyalət jurnalistlərindən biri də İsmayıllıda yaşayan, əsasən ölkənin Qərb rayonlarının problemlərini işıqlandıran Elçin İbrahimlidir. Belə tənqidi yazılarına görə çoxlu təzyiqlərə məruz qalıb, hətta bir bir neçə il həbsdə də yatıb. Bu günlərdə isə Elçin bəy Göyçaydan olub, Moskvada yaşayan Milyarder Fərhad Əhmədovun qanunsuz əməlləri barədə tutarlı faktlarla zəngin veriliş hazırlayıb. Milyarder də eləmə tənbəllik jurnalisti xüsusi ittiham qaydasında verib məhkəməyə, bəs yazının müəllifi həbs olunmalıdır.

Bu tərəfdən də hökumət milyarder Fərhad Əhmədovu hədəfə götürüb ki, sən xoşagəlməz əməllərlə məşğul olursa, DTK-ya gəl, 5-10 saat izahat verə. (Burada deyirlər e, Şükür ki, mən qaldım, o, məndən betər oldu). Nə isə, iş yoğunlaşıb.

Məhkəmə nə qərar versə yaxşıdır? Azərbaycan üçün gözlənilməz olsa da, məhkəmə Milyarderin iddiasını rədd edərək, işi icraata qəbul etməyib.

Biz, cenub-az, cənub xəbər tv, eləcə də 1 milyon 300 minlik abunəsi olan kanal13-ün 5 əyalət təmsilçisindən biri kimi (Xaçmaz, İmişli, Şirvan, İsmayıllı, Masallı) həmkarımızın müdafiəsinə qoşulur və Elçin bəyin olayla bağlı hazırladığı 2 dəqiqəlik video çarxı sizə təqdim edirik.

Xatırladaq ki, ilk dəfədir ki, əyalət jurnalistləri blok şəkilində bir-birini müdafiə edir.

Elçin bəylə bağlı videonun linki burada

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10