Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sorğudan qorxanlar məhkəməyə verildi||--||



 


Sorğudan qorxanlar məhkəməyə verildi






İldə 2 dəfə Masallıda müəllimlərdən abunə pulu adı ilə onların əmək haqqının ən azı 10 faizi miqdarında, üst-üstə 100 min manatdan artıq pul yığılır. Lakin müəllimlər nəinki arzuladıqları qəzetlərə abunə ola bilmir, heç zorla yazdırıldıqları qəzetləri də ala bilmirlər. Ən yaxşı halda qəzetlər təhsil şöbəsinə gətirilib həftədə, ayda bir dəfə direktorlar vasitəsi ilə müəllimlərə çatdırıla, ya çatdırılmaya (Direktorlar da qorxularından Təhsil Şöbəsinə gələ bilsələr). Yəni, müəllimlər may ayının qəzetlərini sentyabrda güclə alır, yaxud da heç almır.

Eləcə də Masallı Azad Təhsil İşçiləri Həmkarlar Təşkilatı ayda ən azı 14 min, ilə vuranda 168 min manat üzvlük haqqı yığır. Bu pullar necə və hara xərclənir? Biz bu məsələlərə aydınlıq gətirmək üçün həmin təşkilatlara sorğular yolladıq:

7 gün ərzində cavablandırılmalı olan sorğulara 2 aya yaxındır ki, cavab yoxdur. Başları üstündə prezidentin şəklini asanlar nədən onun imzaladığı �İnformasiya əldə etmək haqqında� Qanununa uyğun tərtib etdiyimiz sorğulara cavab verə bilmirlər? İki gündən bir yeyib-içməyə vaxt tapanlar adi sorğulara cavab verməyə vaxt tapmır.

Onlar aşkarlıqdan niyə qorxur? Bəlkə çəkinirlər ki, saxtakarlıqları, yediyi pulların ünvanları açıqlanar?

Buna görə biz Masallı məhkəməsinə müraciət etmişik. Qoy, başqa yerdə nöqtə-vergül səhvi axtaranların cəsarətləri və mərdlikləri varsa, hələlik 5-6 sualımıza cavab versinlər, xalq da görsün ki, bunlar təkcə kabinetdə yox, cəmiyyət arasında da nə isə deyə bilirlər. Daha sonra məktəblərdə təmir �tikinti, kurslar, ezamiyyələr və sair barədə onlara rəsmi sorğularımız olacaq.

Mirzə






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10