Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran. Bölgədəki 51 məktəbdə vakant direktorluq yeri üçün 130 nəfərə yaxın pedaqoq imtahana çəkiləcək


Məlumat üçün bildiririk ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin onun əhatə dairəsində yerləşən, şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan 52 ümumi təhsil məktəbi var. Həmin vakant yerlərin tutulması üçün elan olunmuş direktorların işə qəbulu müsabiqəsinə 126 nəfər namizəd sənəd vermişdir. Onlardan 90 nəfəri test mərhələsində, 36 nəfəri isə birbaşa müsahibə mərhələsində iştirak edəcək. Birbaşa müsahibə mərhələsində iştirak edəcək namizədlər şagird sayı 150-dək olan ümumi təhsil məktəblərini seçdikləri üçün test mərhələsindən azaddırlar. 


Əlavə olaraq qeyd edirik ki, şagird sayı 500-dən yuxarı olan ümumitəhsil məktəblərinin direktoru vəzifəsinə işə qəbul Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xatırlafaq ki, Lənkəran-Astara RTİ üzrə şagird sayı 500-dən yuxarı olan və direktor vəzifəsi vakant olan 19 məktəb vardır. Bu barədə əlavə məlumat veriləcək.

Hazırda vakant olan,  şagird sayı 500-ə qədər olan məktəblərin adlı siyahısı əlavə olunur.


Məlumat üçün bildirək ki, elanı aşkarlıq məqsədi ilə LARTİ rəhbərliyi jurnalistlər üçün qrupda özü yayıb və təklif edib ki, bölgənin mətbuat işçiləri direktorların imtahanında iştirak etsin, iştirakçılardan müsahibə olsın, imtahanların gedişini izləsin.

İmtahan qatılacaq müəllimlərə uğurlar arzulayırıq.

Qızqayıt İsrafilzadə. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10