Hər bir şəhidimiz bizim üçün müqəddəs və əzizdir. Lakin elə şəhidlərimiz var ki, məncə, onların əvəzsiz xidmətləri xüsusi ilə qeyd olunmalıdır. Belələrindən biri də Masallı Rayonun Ərkivan Qəsəbəsində (Ramazanlı məhəlləsi) boya başa çatmış Şirəliyev Sahib Yusif oğludur. Döyüş yoldaşlarının Əfsanəvi Qəhrəmanı adlandırdığı bu şəxs özündə nümunəvi gəncə məxsus az qala hər şeyi birləşdirmişdi.
Sahibin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, ona “Azərbaycan Bayrağı” ordeni verilmiş, (bu ordenə son 30 ildə cəmi 6 masallılı qəhrəmanımıza verilib)şərəfinə Seyid Sadiq məqbərəsinə dönən yolda atası Yusif şəhid oğlunun dəfn puluna (eləcə də bir neçə ərkivanlı xeyriyyəçinin köməyi ilə) bulaq inşa etmişdir. Bu günlərdə isə onun ata yurduna gedən 800 metrlik yola asfalt döşənmişdir. Bundan əlavə onun son illər yaşadığı Bakının Sulutəpə ərazisində Şəhid Sahibin xatirəsinə xüsusi kompleks qurulmuşdur.
Dünən, noyabrın 14-də Sahib Şirəliyiyevin ANIM günündə Masallı İH-nin Başçısı Araz Əhmədov olmaqla rayonun aparıcı təşkilatlarının, eləcə də kənd ağsaqqalları, ziyalıları iştirak etmişdir. Ehsan süfrəsindən sonra Sahibin məzarı və adına inşa edilən bulaq ziyarət edilmişdir.
Şəhid Sahibin atasına, əsil şəhid atası daim qürurunu, sadələyini, xeyirxahlığını qoruyan Yusif kişiyə və ailə üzvlərinə başsağlığı verib, bir il öncə “Cənub xəbər tv” komandası tərəfindən hazırlanmış və efirdə paylaşılmış “Masallının ordenli şəhidinin atası:-Naxçıvandan gələn istəklisinin naləsi məni elə yandırdı ki...”
Verilişi diqqətinizə çatdırırıq.
cenub.az. Qızqayıt İsrafilzadə