“İnsanlara güvənib azalıb. O qədər inanmışam, o qədər güvənmişəm, sonda da gözləmədiyim hərəkətləri onlardan görmüşəm. Ürəyi təmiz insanlar üçün bu fani dünyada yaşamaq olduqca çətindir. Qarşımdakına inanmışam. Bəzən ürəyimin təmizliyindən övladlarım da əziyyət çəkib”.
Bunu açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O daha sonra əlavə edib.
“Yaxşı sənətkar olmağın hələ sənin yaxşı insan olmağın demək deyil. Özünü dağ başına qoymaq yaxşı hal deyil. İnsanlara yuxarıdan aşağı baxmaqla sən Allahı qəzəbləndirə bilərsən. Şan-şöhrətə çatdım, amma bu mənim başımı gicəlləndirmədi. Dünyadan gedəndə nə var-dövlət, nə də şan-şöhrət aparırsan. Özünü sadə, insan kimi apar, qoy öləndən sonra rəhmət oxusunlar” deyə müğənni bildirib.
Sənətçi qazancını sənətinə qoyduğunu deyir.
“Bütün qazancımı sənətimə qoymuşam. 600-ə yaxın mahnım var, hələ neçəsi var ki, heç oxumamışam. Sonuncu qəpiyim də olub aranjimana vermişəm. Gedib borc edib aranjiman etdirmişəm. Özü də ən bahalı aranjimanları mən etdirmişəm. Bu sənətə pul qoymaq lazımdır ki, pul götürəsən. Amma inanın ki, məqsədim pul götürmək də olmayıb. Heç vaxt var-dövlətimlə öyünməmişəm. Çünki əvvəlindən görmüşəm” deyə müğənni bildirib.
Müğənni son günlər daha da məşhurlaşan “Qərib payız” mahnısından danışıb.
“Müğənni o ab-havaya düşməsə ondan heç nə inandırıcı alınmaz. Bu mahnını oxuyanda çox dərdli idim, böyük haqsızlıqlar qarşısında imtahan verirdim. Kefimin kök vaxtında bu mahnını gedib oxuya bilməzdim. Mən o harayı, o dərdi bu mahnı vasitəsilə çatdırmaq istəyirdim. Səs rejissoruna dedim ki, qapını bağla, heç kimi otağa buraxma, mən istəyirəm ki, içimi bu mahnıya töküm. Hönkürtü ilə bu mahnını oxumuşam” deyə müğənni bildirib.
Müğənni bildirib ki, mətbəxlə arası əladır.
“Bəzən qadınlar deyir ki, yemək bişirə bilmirəm. Elə qadın olar? Bu cür qadınları ümumiyyətlə görən gözüm yoxdur! Necə yəni, qadın olsun, yemək bişirə bilməsin?! Cəld, ayıq, diqqətli adamları çox sevirəm! Özüm də beləyəm. İş görəndə əllərimi görə bilməzsiz. Düzdür, vaxtım çox olmur, amma gözəl yemək bişirmək bacarığım var. Bəzən mətbəxə keçirəm, önlüyü yaxama bağlayıb, oğlumun, nəvələrimin ən çox sevdiyi yeməkləri hazırlayıram. Buna hər zaman imkan olmur” deyə müğənni bildirib.
Müğənni efirlərə çox çıxmadığını da bildirib.
“Çalışıram ki, hər çağırılan verilişə getməyim. Çünki elə verilişlər var ki, aparıcı qeyri-peşəkardır. Sən öncədən bilirsən ki, nə sual hazırlayıb. Həm də bir yerə çox gedəndə adam hörmətdən düşür. Ona görə verilişlər arasında seçim edirəm” deyə Mətanət İskəndərli deyib.moderator