Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əsa ilə görüntülənib.
Azərbaycan Dövlət Rus Dram Teatrının kassasının qarşısında lentə alınan fotoda xanım səfirin səhhətinin yerində olmadığı müşahidə edilib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycanın Ukraynadakı səfiri E.Axundova və diplomatik korpusun nümayəndə heyəti Ukraynanı tərk etmişdi və bu, ciddi müzakirələrə səbəb olmuşdu. Xanım səfir Ukraynanı tərk etməsini həm də əməliyyat olunması ilə əsaslandırmışdı.
69 yaşlı Elmira Axundovanın budəfəki durumu isə həmin əməliyyatla bağlı deyil, ayağı burxulması ilə əlaqədardır./Qafqazinfo