Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Mənim anam da azyaşlı olanda evlənib, hələ də fəsadlarını yaşayırıq”


Masallının Qarğalıq kəndindən Lerikin Züfüc kəndinədək “Erkən nikah-erkən gəncliyin sonu” tədbirləri

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümidim sənsən" İctimai Birliyinin icra etdiyi "Erkən Nikah Erkən gəncliyin sonu" Cənub bölgəsində ictimai məsulliyətin artirilmasi maarifləndirmə tədbirlərinin təşkili” layihəsi uğurla yekunlaşdı.

“Erkən Nikah, Erkən gəncliyin sonu” layihəsi çərçivəsində Fidan Abbaslının rəhbərlik etdiyi “Ümidim sənsən” İctimai Birliyi bir sıra maraqlı tədbirlər həyata keçirib. Layihə çərçivəsində əsas tədbirlər Masallı rayonunun, eləcə də, Lerik və Yardımlı rayonlarının ən ucqar kəndlərində keçirilmişdir.

Masallıda bu tədbir öncə rayonun ən ucqar kəndlərində - Qarğalıq, Qızılavar və Güllütəpə ərazilərində reallaşmışdır. Daha sonra isə Ərkivan qəsəbəsi, Qızılavar və Qəriblər kəndlərində davam etmişdir.

Növbəti mərhələdə layihə iştirakçıları Lerik rayonunun Züfüc və Yardımlı rayonunun Vərdəgüz kənlərində davam etmişdir.

8 ərazidə baş tutmuş tədbirlərin hər birində 25-I yuxarı sinif qızları, 25-i valideynlər olmaqla (hər ərazidə 50 nəfər olmaqla) ümumilikdə 400 nəfər iştirak etmişdir. Ərazilərdə tədbirlər çay süfrəsi arxasında, yuxarı sinif qızlarına müvafiq proşurlar paylanalımaqla, erkən nikahla bağlı video-çarxla nümayiş etdirilməklə keçirilmişdir.

Bu tədbirlər ərəfəsində hər məktəbdə qızlar arasında şifahi sorğu keçirilmişdir.

Tədbir keçirilmiş ərazilər qızların əksəriyyəti mütləq orta-ixtisas və ali təhsil almaqla təhsillərini davam etdirəcəklərini bildirmiş, heç bir halda erkən nikahla bağlı zərərli hala qol qoymayacaqlarını bildirmişlər. Həm də maraqlıdır ki, ucqar dağ kəndlərində onlarla qız gələcəkdə müstəntiq, vəkil, hakim, jurnalist, kompüter müətəxəssisi, həkim, müəllim... olmaq istədiklərini səsləndirmişlər.

Ən maraq fikir isə ucqar dağ kəndlərində səsləndi. 2 qız bildirdi ki, bizim analarımız 14-15 yaşların olanda ailə həyatı qurmuş və sonra da ciddi şəkildə fəsadlarını yaşamışlar. Bu gün isə həmin analar qızlarının azyaşlı kimi ailə həyatı qurmasından narazıdılar və təkidlə qızlarının təhsilini davam etdirmək istəyirlər.

Əksər valideynlər isə bildirdi ki, iş yerləri kifayət qədər olmadığı üçün erkən nikaha girməyə meylli olur. Buna görə, xüsusən ucqar dağ kəndlərində qızlar üçün iş yerləri açılmasına diqqət yetirilməlidir.

Həmçinin qeyd etdilər ki, ucqar kəndlərdə belə maarifləndirici tədbirlər daha çox olsun.

Tədbirlərdə ekspert kimi erkən nikahla bağlı dəfələrlə beynəlxalq təlimlərdə sertifikat qazanmış, bu mövzularda yazıları yerli və beynəlxalq müsabiqələrin qalibi olmuş Zahir Əmənov meordatorluq etmiş, iştirakçıların çox saylı suallarını cavablandırmışdır.

“Ümidim sənsən” ictimai birliyi tədbirlərin keçirildi bütün ərazilərdə onlara yardımçı olmuş məktəb direktorlarına, ərazi nümayəndəliklərinə, eləcə də rayon icra hakimiyyətlərinə öz minnətdarlığını bildirir.

“Ümidim sənsən” İB-nin Mətbuat Xidməti






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10