Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İrandan Azərbaycana şok HƏDƏ gəldi: Səfirlik daşlanacaq, sürücülər öldürüləcək – DETALLAR “Canlı debat” da


İranlılar azərbaycanlıları sərt şəkildə hədələməyə başladılar. İranlı siyasi şərhçi Həkmid Babai xəbərdarlıq edib ki, noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında mitinq keçirilsə, dərhal aşağıdakı cavab tədbirləri görüləcək: “Tehranda aksiya keçiriləcək, iştirakçıları Azərbaycan səfirliyinə daş atacaqlar. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən İrana daxil olan yük maşınlarının sürücüləri öldürüləcək, nəqliyyat vasitələri isə götürülərək yandırılacaq”.

Bu xəbərdarlıqlar dünən axşam video formatında Babai tərəfindən yayımlanıb.

Nə baş verir? İranın bu hədələri nədən xəbər verir? Bu gərginlik daha hansı mərhələyə qədər davam edəcək?
Bu və gündəmdəki digər sualları bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan İsabəyli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10