Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sevdiklərini aldadan BEŞ MƏŞHUR QADIN


Kişilərin sevdikləri qadınları daha çox aldatdıqları iddia edilir. Bununla belə, sevdiklərini aldadan qadınlar da az deyil.
Lent.az xarici mediaya istinadla sevdiklərini aldadan beş məşhur qadınla bağlı faktları təqdim edir. 

Kristen Stüart

Kristen Stüartın evli rejissor Rupert Sanders ilə romantikası məlum olanda o zaman Robert Pattinsonla görüşən aktrisa ictimaiyyətdən üzr istəyib.

“Mən yaxınlarıma və bütün zərərçəkənlərə verdiyim ağrı və utancdan dərin təəssüflənirəm. Bu anlıq laqeydlik həyatımdakı ən vacib şeyi, ən çox sevdiyim və hörmət etdiyim insanı, Robı təhlükəyə atdı. Mən onu sevirəm və üzr istəyirəm”, - o deyib.

Pattinson sevgilisini bağışlayıb, lakin Sandersin arvadı boşanmaq üçün məhkəməyə müraciət edib.

Cessika Simpson

Cessika Simpson öz xatirələrində Nik Laşe ilə evli olarkən Conni Noksvillə “emosional sevgi romanı” olduğunu etiraf edib.

“Mənim üçün emosional roman fiziki romandan daha pis idi. Bilirəm ki, bu gülməli səslənir, çünki evlənməmişdən əvvəl cinsi əlaqəyə belə diqqət yetirirdim. Cinsi əlaqəni sınadıqdan sonra anladım ki, emosional komponentin həqiqətən böyük bir şey olduğunu başa düşdüm. Conni ilə aramızda sən demə seksdən daha böyük bir xəyanət olubmuş” – o, etiraf edib.


Meq Rayan

Dennis Kueyd ilə evliliyi zamanı Meq Rayanın digər ramonatikası var idi. Əri kimi. Münasibətlərinin sonuna yaxın Meq ərini Rassell Krou ilə aldadıb.

“Dennis çox uzun müddət mənə xəyanət etdi və bu, çox ağrılı idi. Boşandığımız zaman bu barədə daha çox öyrəndim. Rassell bizim evliliyimizi pozmayıb. O, artıq sona yaxın idi, buna görə də bu, şübhəsiz ki, onun günahı deyil”, - ulduz belə paylaşım edib.

Tori Spellinq

Tori Spellinq Çarli Şeynianla evli olanda o, eyni zamanda evli olan Din MakDermottla tanış olub. Lakin bu, onların sevgi münasibətinə girməsinə mane olmayıb.

“Biz Dianla nahardan sonra bara getdik və gecəni birlikdə keçirdik. Ertəsi gün onun yanında oyananda heç nəyə peşman olmadım. Evliliyimdə həqiqətən də nəsə səhv idi. Və təkcə bu oğlanla yatdığım üçün deyil, baxmayaraq ki, bu, əlbəttə ki, müsbət əlamət deyildi, həm də peşman olmadığım üçün”, - o, etiraf edib.

Nəhayət, Spellinq ərindən boşanaraq 16 ildir evli olan və beş uşaq böyüdən sevgilisi ilə evlənib.

Kris Cenner

Kris Cenner etiraf edib ki, başqa münasibəti onun evliliyini pozub. “Mən çox gənc olanda ailə qurmuşam. Robertlə (Robert Kardaşyan – Kris Cennerin birinci əri. – red.)

18 yaşım olanda tanış olmuşam. Dörd il görüşdük, sonra evləndik. 30 yaşım olanda bir münasibətim var idi. Və mənim ən böyük peşmanlığım ailəmi məhv etməyim idi”, o, boynuna alıb.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10