Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Yeni təyinatlar aşıb-daşır- Əsas fiqurların təyinatından isə xəbər yoxdur


Xəbər verdiyimiz kimi bu günlərdə Masallı Rayonunda 4 ərazi dairəsi üzrə yeni təyinatlar olmuşdu. Belə ki, Göyəçöl, Şıxlar, Sərçuvar və Çaxırlı ərazi dairələrə yeni nümayəndələr təyin olunmuşdu. Nümayəndə təyin olunan şəxslər əsasən həmin ərazilərin müavinlər və məsləhətçi-müsahibləri idi. Bu gün isə həmin müavin və Baş müsahiblərin boş qalan yerlərinə təyinat olmuşdur.

Belə ki, rayon rəhbərinin Sərəncamı ilə Yavərov Yaşar Sənan oğlu Yeyənkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə,.

 

Əkbərov Şahmar Qismət oğlu Çaxırlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad edilərək Çaxırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

Rayon rəhbərinin digər Sərəncamı ilə Fətullayev Canəli İsrail oğlu vakant olan Çaxırlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunub.

 

Rayon rəhbərinin başqa bir Sərəncamı ilə İbrahimov Rasim Ramiz oğlu Şıxlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunub.

Kərimov Şəmşir Həsrət oğlu isə vakant olan Qarğalıq Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunmuşdur.

Əsas vakant yerlərə - Masallı İcra hakimiyyəti Başçısının 1-ci müavini, 2 şöbə müdiri,  Şəhər üsrə nümayəndəsi və müavini,  eləcə də Yeddioymaq ərazi dairəsi üzrə nümayəndə və müavin yerlərə hələ də boşdur.

Dolaşan məlumatlara görə növbəti hədəflər Güllütəpə, Təzəkınd və Sığdaçdır. Qəriblər isə tamam özgə söhbətin mövzusudur.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10