Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycandan İrana mesaj: İstənilən ssenariyə hazırıq


"Azərbaycan və İran arasında strateji qırılma var. Məhz bu qırılma ikinci Qarabağ müharibəsindən sonra Tehranın regionda yeni geosiyasi reallıqları qəbul etməməsidir. Halbuki, bu yeni siyasi konfiqurasiya Tehranın da maraqlarına cavab verirdi, amma İran rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini, Türkiyə ilə birgə regionda koordinasiyalı çalışması, Zəngəzur dəhlizinin açılmasının nəzərdə tutulması Tehranda qısqanclıqla qarşılandı".

Bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun fikirincə, İranın indiki ortaya qoyduğu siyasət Cənubi Qafqazda mövqelərini sarsıdacaq:

"Onsuzda İran Cənubi Qafqazda aktiv olmayıb. Türkiyənin bu regionda güclənməsi İranı narahat etdi. Tehran rejimi formalaşmaqda olan "Türk oxu"nu region siyasəti üçün təhlükə görür və Zəngəzur dəhlizinin bu birliyə aparacağının fərqindədir.

Qeyd edim ki, İranın Yaxın Şərqdə formalaşdirmaga çalışdığı "Şiə hilalı"ndan fərqli "Türk oxu" regionda siyasi -iqtisadi inteqrasiyanı və sülhün təhlükəsizliyin təminini özündə ehtiva edir. Ona görə də Bakı -Tehran əlaqələrinin yaxın perspektivdə yaxşılaşması gözlənilmir. Azərbaycan cənub sərhədlərində hərbi təlimlər keçirməklə Tehranla istənilən ssenariyə hazır olduğunun mesajını verdi"./yenisabah






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10