İran ABŞ, İsrail və Səudiyyə Ərəbistanının Tehrana qarşı başlatdığı hibrid müharibəsinə qarşı mübarizəyə hazırdır.
Bu barədə İran ordusunun açıqlamasında bildirilib.
Qeyd edilib ki, ABŞ və onun regiondakı müttəfiqləri İsrail və Ərəbistan İrana qarşı hibrid müharibəyə başlayıb:
“İran ordusu bütün sahələrdə bu müharibəyə qarşı dayanmağa hazırdır”.
Qeyd edək ki, İran əxlaq polisinin zorakılığı nəticəsində ölən Məhsa Əmininin qətlindən sonra başlayan və artıq ay yarımdır bütün şəhərlərə yayılan aksiyaların səbəbkarını kənarda “axtarmaqla” məşğuldur. Aksiyalarda indiyə qədər hakimiyyət qüvvələrinin açdığı atəş nəticəsində onlarla insan ölüb, yüzlərlə aksiyaçı isə yaralanıb./axar.az