Cenub.az-a Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 01 oktyabr 2022-ci il vəziyyətinə Masallı rayonu üzrə əhalinin sayı 231,1 min nəfər olmuşdur. Doğulanlar və evlənənlər çoxalıb, boşananlar və ölənlər azalıb
Əhalinin təbii hərəkətinin əsas göstəriciləri
Demoqrafik göstəricilər | Nəfərlə | ||
2022-ci ilin yanvar-sentyabr ayları | 2021-ci ilin yanvar-sentyabr ayları | artım(+) azalma(-) | |
Təbii artım | 1155 | 740 | 415 |
doğulanlar | 2100 | 1824 | 276 |
ölənlər | 945 | 1084 | -139 |
Nikahlar | 973 | 660 | 313 |
Boşanmalar | 232 | 324 | -92 |
2022-ci ilin yanvar-sentyabr aylarında rayonda 2100 doğum qeydə alınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz və ya 415 doğum çoxdur. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6-dan 12,2-yə qədər artmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında 945 ölüm halı qeydə alınmışdır. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz və ya 139 ölüm azdır. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3-dən 5,5-ə qədər azalmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında rayonda 973 nikah qeydə alınmışdır. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz və ya 313 nikah çoxdur. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,8-dən 5,6-ya qədər artmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında 232 boşanma halı qeydə alınmışdır. Boşanmalar ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz və ya 92 boşanma azdır. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,9-dan 1,3-ə qədər azalmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında rayonda təbii artımı 1155 olmuşdur. Əhalinin hər 1000 nəfərinə təbii artım göstəricisi 4,3-dən 6,7-yə qədər artmışdır.
cenub.az