Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda Zəfər Günü bayramı məşhur ifaçıların, tanınmış bəstəkarların, aktyorların, şairlərin iştirakı ilə baş tutacaq


Masallı Regional Mədəniyyət İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Bəşirovun cenub.az-a verdiyiməlumata görə, noyabrın 8-də,  Zəfər Günündə Masallı rayon İcra hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində olduqca maraqlı konsert təşkil olunacaq..

Konsert proqramında Respublikanın Əməkdar Artisti Səidə Şərəfəliyeva, həmyerlimiz tanınmış aktyor və rejissor Elçin Məmiyev, Halay Folklor Xalq Kollektivi, Masallı rəqs qrupu, Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri; Miriş Hüseynov, Atamoğlan Zahid, Humay Rzayeva, Şamov İbayev, Ruslan Zahidovun çıxışları nəzərdə tutulmuşdur.

Konsert proqramında qonaq qismində Azərbayacan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü, Dünya Gənc Türkiyə Yazarlar Birliyinin sabiq baş katibi, hazırda həmin qurumun Məşvərət Şurasının üzvü, İqtisadiyyat elmləri doktoru Rəsmiyyə Sabir, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri bəstəkar, şair, həkim onlarla vətənpərvərlik mövzusunda mahnıların müəllifi Şahin Musaoğlu və 2012-ci ildə keçirilən Avrovision müsabiqəsinin seçim turunun finalçısı, “O səs Türkiyə” proqramının mükafatçısı Adil Baxışlı iştirak edəcək.

Tədbir 8 noyabr 2022-ci ildə saat 18.00-da Masallı Rayon Mədəniyyət Mərkəzində keçiriləcək.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10