Əsasən müavinlər işdən çıxan nümayəndələrin yerinə təyinat aldı. İcra aparatında isə 1-ci müavin və iki şöbə müdirinin yeri hələ də boşdur.
Masallıya yeni təyin edilən Araz Əhmədov vəzifəsinin icrasına başlayandan sonra bir neçə ərazi nümayəndəsini vəzfəsindən azad etmişdi. Bir neçə aydan sonra onların bəzilərinin yerinə yeni təyinatlar olmuşdur.
Yeyənkənd
1.Əlinağıyev Ramiz Məmmədəli oğlu Yeyənkənd Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək vakant olan Yeyənkənd Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub.
Sərçuvar
2.Tağıyev Xəzər İsmayıl oğlu
Sərçuvar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilərək vakant olan Göyəçol Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi təyin olunub.
Şıxlar
3.Abbaszadə Məmməd Dadaş oğlu
Şıxlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad edilərək, vakant Şıxlar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub.
Çaxırlı
4.Təhməzov Səməndər Orucəli oğlu
Çaxırlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək Sərçuvar Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub.
Qeyd:- Hazırda Masallı Şəhər və Yeddioymaq Kənd Ərazi Dairələrinin nümayəndəsi və müavini yeri boşdur.
Eləcə də, İcra Hakimiyyətinin özündə 1-ci müavin, 2 şöbə müdiri yerinə bir neçə aydır ki, kadr tapılmır.
Yeni təyin olunmuş Şıxlar, Çaxırlı, Yeyənkənd ərazi dairələrində də müavin və məsləhətçi yerləri boşdir.
Cenub.az. Zahir Əmənov